
Samsung Galaxy A52s və A52 4G smartfonları OneUI 6.1-i əldə etməyə başlayıblar
Proqram Təminatı
29.05.2024
Emil
Samsung şirkəti Galaxy A seriyasının smartfonlarında OneUI 6.1 istifadəçi interfeysini istifadəyə verməyə davam edir. Bu dəfə sözügedən istifadəçi interfeysi Galaxy A52s və Galaxy A52 4G smartfonlarında istifadəyə verilib. Galaxy A52s üçün OneUI 6.1 istifadəçi interfeysi A528NKSU4GXE1 nömrəsi altında təqdim edilib və onun həcmi 2-2.5 GB təşkil edir. OneUI 6.1-i Galaxy A52s-in ilk növbədə Cənubi Koreyadakı istifadəçiləri əldə etməyə başlayıblar. Lakin yaxın zamanda sistem yenilənməsi bu smartfonun bütün istifadəçiləri üçün aktiv olacaq.
Galaxy A52 4G-yə gəldikdə isə onun üçün istifadəçi interfeysi A525FXXU6FXD2 nömrəsi altında təqdim edilib. Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə Galaxy A52-nin 5G versiyası da OneUI 6.1-i əldə etməyə başladı. OneUI 6.1-i Galaxy A52 4G-nin ilk növbədə Rusiyadakı istifadəçiləri əldə etməyə başlayıblar. Bu ayın sonuna kimi sistem yenilənməsi Galaxy A52 4G-nin digər ölkələrdəki istifadəçiləri üçün də aktivləşdirilməlidir. Qeyd etmək lazımdır ki, bu smartfonlar OneUI 6.1 sayəsində Galaxy AI ekosisteminin süni zəka funksiyalarını əldə etməyiblər.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
