Logo
    main-post-cover

    Samsung Galaxy F34 üçün Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası istifadəyə verilib

         Samsung şirkəti öz smartfonlarında Android 14-ü istifadəyə verməyə davam edir. Bu dəfə növbə Galaxy F seriyasının smartfonuna çatıb. Söhbət, Galaxy F34-dən gedir. Belə ki, sözügedən smartfon Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysinin stabil versiyasını əldə edib. Sistem yenilənməsi E346BXXUBWL1 nömrəsi altında təqdim edilib və ilk öncə Galaxy F34-ün Hindistandakı istifadəçiləri üçün aktivləşdirilib. Yaxın zamanda OneUI 6.0-ın stabil versiyası bu smartfonun həmçinin digər ölkələrdəki istifadəçilərinə də təqdim ediləcək.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Samsung Galaxy F34 üçün Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası istifadəyə verilib | Technote