
Samsung Galaxy M23 və Galaxy M34 smartfonları OneUI 6.1-i əldə etməyə başlayıblar
Proqram Təminatı
31.05.2024
Emil
Samsung şirkəti OneUI 6.1-i Galaxy A seriyası ilə yanaşı Galaxy M seriyasının smartfonlarında da istifadəyə verməyə davam edir. Bu dəfə növbə Galaxy M23 və Galaxy M34 smartfonlarına çatıb. Galaxy M23 üçün istifadəçi interfeysi M236BXXU6EXE5 nömrəsi altında təqdim edilib. Sistem yenilənməsini Galaxy M23-ün artıq Avropadakı bəzi istifadəçiləri əldə etməyə başlayıblar. Lakin yaxın zamanda sistem yenilənməsi Galaxy M23-ün bütün istifadəçilərində aktiv olacaq. Galaxy M34-ə gəldikdə isə onun üçün OneUI 6.1 istifadəçi interfeysi M346BXXU4CXE1 nömrəsi altında təqdim edilib və onun həcmi 2.2 GB təşkil edir. Sistem yenilənməsini Galaxy M34-ün ilk növbədə Hindistandakı istifadəçiləri əldə etməyə başlayıblar. Lakin yaxın zaman o, smartfonun bütün istifadəçiləri üçün aktiv olacaq. Bu smartfonlar da OneUI 6.1 sayəsində Galaxy AI ekosisteminin süni zəka funksiyalarını əldə etməyiblər.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
