
Samsung Galaxy M34 üçün Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası istifadəyə verilib
Proqram Təminatı
12.12.2023
Emil
Samsung şirkəti Galaxy F34 ilə yanaşı Galaxy M seriyasının smartfonu üçün də Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysiniun stabil versiyasını istifadəyə verib. Söhbət, Galaxy M34-dən gedir. Sözügedən smartfon üçün sistem yenilənməsi M346BXXUBWL1 nömrəsi altında istifadəyə verilib və ilk növbədə Galaxy M34-ün Hindistandakı istifadəçiləri üçün aktivləşdirilib. Lakin yaxın zamanda istifadəçi interfeysinin stabil versiyası Galaxy M34-ün həmçinin digər ölkələrdəki istifadəçiləri üçün də təqdim olunacaq.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
