
Samsung Galaxy M54 və Galaxy F14 5G smartfonları OneUI 6.1-i əldə etməyə başlayıblar
Proqram Təminatı
03.06.2024
Emil
Samsung şirkəti öz smartfonlarında OneUI 6.1 istifadəçi interfeysini istifadəyə verməyə aktiv şəkildə davam edir. Bu dəfə növbə Galaxy M və Galaxy F seriyalarının hər birində daha bir smartfona çatıb. Söhbət, Galaxy M54 və Galaxy F14 5G smartfonlarından gedir. Beləliklə Galaxy M54 üçün OneUI 6.1 istifadəçi interfeysi M546BXXU4CXDC nömrəsi altında təqdim edilib Sistem yenilənməsi Galaxy M54-ün ilk növbədə Yaxın Şərq və Asiyanın bəzi ölkələrdəki istifadəçiləri üçün təqdim edilib.
Lakin yaxın zamanda sistem yenilənməsini smartfonun bütün ölkələrdəki istifadəçiləri əldə edəcəklər. Galaxy F14 5G-yə gəldikdə isə onun üçün OneUI 6.1 istifadəçi interfeysi E146BXXU4CXE1 nömrəsi altında təqdim edilib və o bu smartfonun ilk növbədə Hindistandakı istifadəçiləri üçün aktivləşdirilib. Qeyd etmək lazımdır ki, sözügedən smartfonlar bəzi regionlarda Galaxy M14 5G və Galaxy F54 adları ilə satışdadırlar. OneUI 6.1-i əldə etmiş bu smartfonlar onun sayəsində Galaxy AI ekosisteminin süni zəka funksiyalarını əldə etməyiblər.
Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
