
Samsung Galaxy S21 FE və Galaxy A54 smartfonları OneUI 6.1-i əldə etməyə başlayıblar
Proqram Təminatı
14.05.2024
Emil
Samsung şirkəti tədricən öz smartfonlarını OneUI 6.1 istifadəçi interfeysi ilə təmin etməyə davam edir. Bir neçə müddət bundan öncə sözügedən istifadəçi interfeysi Samsung-un daha öncəki illəri əhatə edən flaqman smartfonları üçün istifadəyə verildi. İndi isə OneUI 6.1-i Galaxy S21 FE və Galaxy A54 smartfonları əldə etməyə başlayıblar. Galaxy S21 FE halında sistem yenilənməsi bu smartfonun ilk növbədə ABŞ-dakı istifadəçiləri üçün təqdim olunub. Lakin yaxın zamanda OneUI 6.1 istifadəçi interfeysi Galaxy S21 FE-nin bütün istifadəçiləri üçün aktiv olacaq.
Sözügedən smartfon üçün nəzərdə tutulmuş OneUI 6.1-in həcmi 3 GB təşkil edir və o özündə Google şirkətinin aprel ayı üzrə təhlükəsizlik yenilənməsini birləşdirir. Bununla yanaşı Galaxy S21 FE smartfonu OneUI 6.1 vasitəsilə Galaxy AI ekosisteminin bəzi süni zəka funksiyalarını da əldə edib. Məsələn onların arasında Circle to Search funksiyası mövcuddur. Galaxy A54-ə gəldikdə isə OneUI 6.1 bu smartfonun ilk növbədə Cənubi Koreyadakı istifadəçiləri üçün təqdim edilib və yaxın zamanda onun bütün istifadəçiləri üçün aktiv olacaq. Galaxy S21 FE-dən fərqli olaraq Galaxy A54 smartfonu OneUI 6.1 vasitəsilə süni zəka funksiyalarını əldə etməyib.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
