main-post-cover

    Samsung Galaxy S24-lərdəki daha bir süni zəka funksiyası əvvəlki Galaxy smartfonlarında istifadəyə veriləcək

    Proqram Təminatı
    15.02.2024
    Emil Nəcəfov
         Samsung şirkəti öz rəsmi forumunda Galaxy S24 smartfonlarının sahib olduqları süni zəka funksiyalarından birinin daha əvvəlki Galaxy smartfonlarında istifadəyə veriləcəyini açıqlayıb. Söhbət, Instant Slow-mo funksiyasından gedir. Qeyd etmək lazımdır ki, bu funksiya adi rejimdə çəkilmiş videoları süni şəkildə yavaşlatmağa imkan verir. Bunun üçün funksiya aralıq kadrları tərtib edir. Beləliklə təsvir daha axıcı olur. Şirkət bildirib ki, yaxın zamanda Instant Slow-mo funksiyası Galaxy S23, S23+, S23 Ultra, Z Fold 5, Z Flip 5 smartfonlarında və Galaxy Tab S9 planşetində istifadəyə veriləcək. Məlumatda qeyd edilib ki, Instant Slow-mo funskiyası neyron prosessoru və adi prosessorların qrafik çipləri əsasında çalışdığı üçün bu funksiya daha köhnə smartfonlarda aktiv olmayacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Geekbench sayəsində Samsung Galaxy A35-in hansı prosessora sahib olacağı məlum olub
    geekbench-sayesinde-samsung-galaxy-a35-in-hansi-prosessora-sahib-olacagi-melum-olub
    Samsung Galaxy F15 5G-nin render fotosu təqdim edilib
    samsung-galaxy-f15-5g-nin-render-fotosu-teqdim-edilib
    Samsung Galaxy F15 5G təqdimata hazırlaşır
    samsung-galaxy-f15-5g-teqdimata-hazirlasir
    Samsung Galaxy M15 5G-nin texniki özəlliklərindən biri məlum olub
    samsung-galaxy-m15-5g-nin-texniki-ozelliklerinden-biri-melum-olub
    Samsung 2 nanometrlik prosessorların istehsalı ilə məşğul olacaq
    samsung-2-nanometrlik-prosessorlarin-istehsali-ile-mesgul-olacaq