
Samsung Galaxy S24 Ultra ilə Galaxy Z Fold 5 smartfonları son iPhone modellərinin funksiyalarından birini əldə edəcəklər
Proqram Təminatı
30.01.2024
Emil
Samsung şirkəti Galaxy S24 Ultra və qatlana bilən Galaxy Z Fold 5 smartfonları üçün növbəti faydalı funksiya üzərində çalışır. Söhbət, son iPhone modellərində reallaşdırılmış Crash Detection adlı funksiyadan gedir. Qeyd etmək lazımdır ki, bu funksiya çərçivəsində smartfon güclü silkələnmə halını təyin edərək bunu baş vermiş qəza kimi qəbul edir və dərhal xilasetmə xidmətinə sorğu göndərir. Galaxy S24 Ultra və Galaxy Z Fold 5-də istifadəyə veriləcək bu funksiya OneUI 6.1 istifadəçi interfeysinin kodunda aşkar edilib.
Məlumata əsasən Samsung-un adları sadalanmış smartfonlarında Crash Detection funksiyası cihazlardakı akselerometr və hiroskop texnologiyaları vasitəsilə əldə edilmiş məlumatlar əsasında çalışacaq. Çox güman ki, smartfonlar sözügedən funksiyanı OneUI yenilənməsi vasitəsilə əldə edəcəklər. Crash Detection funksiyasının Galaxy S24, S24+ və Galaxy Z Flip 5 smartfonlarında da istifadəyə verilib-verilməyəcəyi bilinmir.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
