Logo
    main-post-cover

    Samsung Galaxy S25 smartfonları mobil oyunlarda kadr tezliyinin 120 fps-ə yüksəldilməsi funksiyasını əldə edəcəklər

         Samsung şirkəti gələn ilin əvvəlində Galaxy S25 smartfonlarını təqdim edəcək. İnsayderlərin vermiş olduqları məlumata əsasən sözügedən smartfonlar Qualcomm-un xüsusi texnologiyasının dəstəyini əldə edəcəklər. Söhbət, mobil oyunlarda fps göstəricisinin 60-dan iki dəfə yuxarı yüksəldilməsi texnologiyasından gedir. Bu texnologiya Qualcomm Adreno Frame Motion Engine 2.0 (AFME) adlanır. O ilk dəfə 2021-ci ildə təqdim edilib. Buna bənzər digər texnologiyalardan fərqli olaraq AFME-nin əsas özəlliyi ondadır ki, o, ayrıca çipin istifadəsinə deyil, GPU-nun imkanlarına əsaslanır. İnsayderlər bildiriblər ki, bu yenilik OneUI 7.0 istifadəçi interfeysi çərçivəsində istifadəyə veriləcək xüsusi oyun rejiminin tərkibində olacaq. Gözləntilərə əsasən AFME-nin istifadəsi mobil oyunlarda fps göstəricisinin yüksəldilməsi ilə yanaşı smartfonun texniki imkanlarına olan yüklənməni də aşağı salacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Samsung Galaxy S25 smartfonları mobil oyunlarda kadr tezliyinin 120 fps-ə yüksəldilməsi funksiyasını əldə edəcəklər | Technote