Logo
    main-post-cover

    Samsung Galaxy Watch-ın bəzi funksiyaları ödənişli olacaq

    Proqram Təminatı
    18.06.2025
    Emil
         İstifadəçinin orqanizm vəziyyətinə taxıla bilən cihazlar vasitəsilə həyata keçirilən nəzarət funksiyaları getdikcə daha da mürəkkəbləşir və xidmət provayderi üçün artan xərclər tələb edir. Samsung artıq özünün Health ekosistemi çərçivəsində təqdim etdiyi bəzi xidmətlərin monetizasiya edilməsinin vacibliyindən danışmışdı və bu yaxınlarda bu niyyətini bir daha təsdiqlədi. Samsung Electronics şirkətinin rəqəmsal sağlamlıq sahəsi üzrə rəhbəri, Hon Pak CNet-ə verdiyi müsahibədə Cənubi Koreya nəhənginin Samsung Health-in bir sıra funksiyaları üçün pullu abunəlik sistemi tətbiq etməyi nəzərdən keçirdiyini bildirib.
         O, rəqib şirkətlərin taxıla bilən cihazlarında mövcud olan Fitbit PremiumGarmin Connect Plus xidmətlərini nümunə göstərib. Samsung nümayəndəsi hansı funksiyaların pullu abunə paketinə daxil olacağını dəqiqləşdirməsə də, müsahibəsi zamanı əsasən OneUI 8 Watch proqram təminatının yenilənməsini müzakirə edib. Sözügedən yeniliklər ürək-damar sisteminə düşən yükə, yuxu keyfiyyətinə və orqanizmdə qocalma prosesini yavaşlatmağa kömək edən antioksidantların səviyyəsinə daha dəqiq nəzarət imkanlarını nəzərdə tutur.
         CNet nümayəndələrinin fikrincə, Samsung Health xidmətinin monetizasiya siyasətinin gələcək mərhələsi, yeni funksiyaların müasir taxıla bilən cihaz sahibləri üçün pulsuz, köhnə modellər üçün isə - əgər texniki imkanlar uyğun olarsa - pullu şəkildə təqdim olunmasını nəzərdə tuta bilər. Samsung, Samsung Health-də bəzi funksiyalara girişin ödənişli ola biləcəyini ilk dəfə ötən il elan etmişdi. Bu yeniliklər şirkətin biznes modelində pullu abunəliyin əlavə edilməsini nəzərdə tutan yeganə dəyişiklik olmayacaq. Samsung daha əvvəl bildirmişdi ki, Galaxy AI funksiyalar dəsti istifadəçilər üçün yalnız 2025-ci ilin sonunadək pulsuz qalacaq. Beləliklə, növbəti ilin əvvəlindən etibarən şirkət öz cihazlarındakı bəzi süni zəka funksiyalarını ödənişli kateqoriyaya keçirə bilər.
    Paylaş