
Samsung Galaxy Watch smart saatlarında bəzi süni zəka funksiyaları gələcəkdə ödənişli olacaq
Proqram Təminatı
03.06.2024
Emil
Samsung şirkəti ilin əvvəlində təqdim edilmiş Galaxy S24 smartfonları və daha öncəki illərdə satışa çıxmış digər flaqman smartfonları üçün Galaxy AI ekosisteminin süni zəka funksiyalarını artıq istifadəyə verib. Şirkət öz yeni mesajında isə bəzi Galaxy AI funksiyalarının gələcəkdə ödənişli ola biləcəklərinə işarə edib. Samsung Galaxy cihazları üçün əlavə süni zəka funksiyalarını elan edib. Söhbət, əsasən Galaxy Watch smart saatlarından gedir. Şirkətin smart saatları üçün nəzərdə tutulmuş süni zəka funksiyaları OneUI 6 Watch sistem yenilənməsi ilə aktiv olacaqlar və istifadəçi səhhətinin monitorinq keyfiyyətinin yüksəldilməsinə istiqamətlənəcəklər. Bununla belə Samsung öz elanında qeyd edib ki, bəzi Galaxy AI funksiyaları gələcəkdə ödənişli ola bilərlər.
Şirkət bildirib ki, istifadəyə veriləcək funksiyalar 2025-ci ilin sonuna kimi ödənişsiz olacaqlar. Lakin 2025-ci ildən sonra bəzi funksiyalara ödənişli abunəlik sistemi tətbiq edilə bilər. Bununla belə şirkət ödənişli abunəlik əsasında təqdim ediləcək funksiyaların konkret adlarını açıqlamayıb. İstifadəçilərdə isə yaranmış digər bir sual süni zəka funksiyalarının Galaxy Watch modellərində smart saatların Samsung smartfonlarına qoşulmadan çalışıb-çalışmayacaqları ilə bağlıdır. Belə ki, Galaxy Watch üçün nəzərdə tutulmuş daha öncəki bəzi funksiyalar smart saatların Samsung smartfonlarına qoşulmadıqları halda çalışmırdılar. Bu mövzu ilə bağlı hələ yekun cavab yoxdur. Qeyd etmək lazımdır ki, OneUI 6 Watch istifadəçi interfeysinin beta versiyası artıq bu ay istifadəyə verilməlidir.
Paylaş
Ən çox oxunanlar

Enerjinin naqilsiz şəkildə ötürülməsində yeni rekorda imza atılıb
