
Samsung Galaxy Watch smart saatlarında Tizen əməliyyat sisteminin dəstəyi yaxın zamanda dayandırılacaq
Proqram Təminatı
04.06.2024
Emil
Galaxy Club saytı Samsung şirkətindən olan rəsmi bildirişə istinadən xəbər verib ki, Tizen əməliyyat sisteminin smart saatlar üçün nəzərdə tutulmuş versiyasının yaxın zamanda dəstəyi dayandırılacaq. Tizen OS vasitəsilə çalışan Galaxy Watch smart saatlarına sahib istifadəçilər ilk məhdudiyyət ilə artıq payız fəslində qarşılaşacaqlar. Belə ki, verilmiş məlumata əsasən Tizen vasitəsilə çalışan Galaxy Watch smart saatları 30 sentyabr tarixindən başlayaraq tətbiq alış-verişləri imkanından məhrum olacaqlar.
31 may 2025-ci il tarixindən başlayaraq isə istifadəçilər Galaxy Store platformasından pulsuz və ya istənilən digər bir tətbiqin smart saatlara quraşdırılması imkanından məhrum olacaqlar. Qeyd etmək lazımdır ki, Samsung-un Galaxy Gear, Galaxy Watch, Watch 3, Watch Active və Watch Active 2 smart saatları məhz Tizen əməliyyat sistemi vasitəsilə çalışırlar. Bu smart saatlar üçün ən son sistem yenilənməsi 2023-cü ilin sonunda istifadəyə verilib. Qutudan Tizen OS-i əldə etmiş son Samsung smart saatı isə 2020-ci ildə satışa çıxmış Galaxy Watch 3 olmuşdu.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
