main-post-cover

    Samsung keçən ilki cihazları üçün OneUI 6.1 istifadəçi interfeysini anons edib

    Proqram Təminatı
    22.02.2024
    Emil Nəcəfov
         Samsung şirkətinin artıq satışda olan Galaxy S24 smartfonları OneUI 6.1 istifadəçi interfeysi vasitəsilə çalışırlar. Bu istifadəçi interfeysinin əsas fərqləndirici tərəfi ondadır ki, o özündə Galaxy AI süni zəka funksiyalarını birləşdirir. Daha öncə məlumat ortaya çıxmışdı ki, Samsung OneUI 6.1-i keçən ilki cihazları üçün də istifadəyə verəcək.
         İndi isə şirkət OneUI 6.1-i keçən ilki cihazları üçün anons edib. Beləliklə bu yeni istifadəçi interfeysini əldə edəcək keçən ilki cihazlar siyahısında həm smartfonlar həm də planşetlər var. OneUI 6.1 sayəsində keçən ilki cihazlar da Galaxy AI funksiyalarını əldə edəcəklər. Siyahıda qeyd edilmiş cihazlar üçün OneUI 6.1 gələn ayın sonundan başlayaraq istifadəyə veriləcək. Siyahı isə aşağıdakı kimidir.
    - Galaxy S23
    - Galaxy S23+
    - Galaxy S23 Ultra
    - Galaxy S23 FE
    - Galaxy Z Fold 5
    - Galaxy Z Flip 5
    - Galaxy Tab S9
    - Galaxy Tab S9+
    - Galaxy Tab S9 Ultra.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Z Fold 6 və Z Flip 6 daha böyük həcmli batareyaları əldə edə bilərlər
    samsung-galaxy-z-fold-6-ve-z-flip-6-daha-boyuk-hecmli-batareyalari-elde-ede-bilerler
    Galaxy AI süni zəka funksiyaları Samsung Galaxy Watch və Galaxy Fit cihazlarında da istifadəyə veriləcək
    galaxy-ai-suni-zeka-funksiyalari-samsung-galaxy-watch-ve-galaxy-fit-cihazlarinda-da-istifadeye-verilecek
    Samsung-un yeni qatlana bilən OLED ekranı hərbi standart testlərindən keçib
    samsung-un-yeni-qatlana-bilen-oled-ekrani-herbi-standart-testlerinden-kecib
    Samsung Galaxy F15 5G-nin təqdimatı anons edilib
    samsung-galaxy-f15-5g-nin-teqdimati-anons-edilib
    Samsung Galaxy Fit 3 smart qolbağının bütün texniki özəllikləri internetdə ortaya çıxıb
    samsung-galaxy-fit-3-smart-qolbaginin-butun-texniki-ozellikleri-internetde-ortaya-cixib