main-post-cover

    Samsung, One UI 7 ilə peyk rabitəsi təklif edə bilər!

    Proqram Təminatı
    18.07.2024
    Farid Pardashunas

         Samsung-un bəzi proqramlarında tapılan kod, peyk bağlantısı dəstəyinin, ehtimal ki, Android 15 əsaslı One UI 7 yeniləməsi ilə gələcəyinə dair ipuçları verir. 

         Samsung-un Emergency SOS (versiya 15.5.00.14), Samsung Messages (versiya 15.5.10.39)Telefon proqramında (versiya 15.2.80) tapılan kodlar tezliklə peyk qoşulma dəstəyinə işarə edir. Məsələn, Emergency SOS proqramından istifadə etməklə istifadəçilər peyk vasitəsilə təcili mesaj göndərə biləcəklər. Tətbiqin təsvirində deyilir: "Siz əhatə dairəsindən kənarda olduğunuzda və ya mobil şəbəkəyə qoşulmadığınız zaman təcili xidmətlərə zəng etsəniz, təcili mesaj göndərə bilməniz üçün sizi peyk vasitəsilə birləşdirəcəyik". Telefon proqramındakı kodda, istifadəçilərin peyk rejimində mətn mesajları göndərib, qəbul edə biləcəkləri və yaxınlıqda mobil şəbəkə varsa, təcili zəngləri qəbul edə biləcəkləri qeyd edilir.
         Maraqlıdır ki, Samsung Messages, ilkin olaraq peyk vasitəsilə mesajların göndərilməsini və qəbulunu dəstəkləməyəcək. Bunun üçün isə istifadəçilərin Google Messages tətbiqindən istifadə etməkləri lazım olacaq. Bəzi məlumatlarda Samsung-un qısa səsli mesajlar göndərməyə də icazə verəcəyi, bununla da istifadəçilərə ikitərəfli ünsiyyət imkanı veriləcəyi bildirilir. Proqnozlaşdırıldığı kimi, peyk rabitəsi əvvəlcə bir neçə flaqman modeli ilə məhdudlaşacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung büdcəli Galaxy A21s smartfonunun dəstəyini dayandırıb
    samsung-budceli-galaxy-a21s-smartfonunun-desteyini-dayandirib
    OneUI 6.1.1-i əldə edəcək Samsung cihazlarının siyahısı ortaya çıxıb
    oneui-611-i-elde-edecek-samsung-cihazlarinin-siyahisi-ortaya-cixib
    Samsung Galaxy S25 Ultra-da olacaq dizayn dəyişiklikləri açıqlanıb
    samsung-galaxy-s25-ultra-da-olacaq-dizayn-deyisiklikleri-aciqlanib
    Samsung Galaxy Tab S10 planşet seriyasının nə zaman təqdim olunacağı barəsində məlumat ortaya çıxıb
    samsung-galaxy-tab-s10-planset-seriyasinin-ne-zaman-teqdim-olunacagi-baresinde-melumat-ortaya-cixib
    Honor şirkəti Galaxy Z Fold 6-nın qalınlığı barəsində Samsung-u trollayıb
    honor-sirketi-galaxy-z-fold-6-nin-qalinligi-baresinde-samsung-u-trollayib