main-post-cover

    Samsung OneUI 6.1-i test etməyə başlayıb

    Proqram Təminatı
    11.12.2023
    Emil Nəcəfov
         Hələ bir neçə müddət bundan öncə Samsung şirkəti Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysinin stabil versiyasını Galaxy S23 smartfonlarında istifadəyə vermişdi. İndi isə görünür, şirkət OneUI 6.0-ın yeni versiyasını test edir. Belə ki, insayderlər Samsung serverində OneUI 6.0-ın yeni versiyasını aşkar ediblər. İstifadəçi interfeysinin yeni versiyası Galaxy S23 modeli üçün S918NKSU2ZWX2 nömrəsinə, Galaxy S23+ üçün S918NOKR2ZWX2 nömrəsinə, Galaxy S23 Ultra üçün isə S918NKSU2BWJA nömrəsinə sahibdir. Çox güman ki, söhbət, OneUI 6.1 istifadəçi interfeysindən gedir. OneUI 6.1-in stabil versiyasının nə zaman istifadəyə veriləcəyi barəsində hələ heç bir məlumat yoxdur. Sadəcə olaraq güman etmək olar ki, istifadəçi interfeysinin yeni versiyası Galaxy S24-ün təqdimatı ilə bir gündə istifadəyə veriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Fit 3 smart qolbağının nə zaman təqdim olunacağı barəsində məlumat verilib
    samsung-galaxy-fit-3-smart-qolbaginin-ne-zaman-teqdim-olunacagi-baresinde-melumat-verilib
    Samsung 8 yanvar tarixində Galaxy S24 smartfonlarındakı süni zəka funksiyalarından danışacaq
    samsung-8-yanvar-tarixinde-galaxy-s24-smartfonlarindaki-suni-zeka-funksiyalarindan-danisacaq
    Samsung Galaxy Tab Active 5 Pro planşetinin real fotosu ortaya çıxıb
    samsung-galaxy-tab-active-5-pro-plansetinin-real-fotosu-ortaya-cixib
    Qatlana bilən smartfonlar bazarı ələ keçirməyə davam edirlər
    qatlana-bilen-smartfonlar-bazari-ele-kecirmeye-davam-edirler
    Android 14 dəstəkli OneUI 6.0-ın stabil versiyası Samsung Galaxy M14 5G üçün istifadəyə verilib
    android-14-destekli-oneui-60-in-stabil-versiyasi-samsung-galaxy-m14-5g-ucun-istifadeye-verilib