Samsung OneUI 7.0 istifadəçi interfeysinin beta testinə nə zaman start veriləcək?
Proqram Təminatı
23.07.2024
Emil Nəcəfov
Samsung şirkəti hal-hazırda aktiv şəkildə öz yeni istifadəçi interfeysi üzərində çalışır. Söhbət, Samsung OneUI 7.0-dan gedir. İndi isə bu yeni istifadəçi interfeysinin beta test mərhələsinə nə zaman start veriləcəyi məlum olub. Beləliklə Ice Universe ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən əgər heç bir problem ortaya çıxmasa, OneUI 7.0-ın beta test mərhələsinə bu ayın sonunda və ya gələn ayın əvvəlində start veriləcək.
İstifadəçi interfeysinin stabil versiyasının nə zaman istifadəyə veriləcəyinə gəldikdə isə bu, çox güman ki, payız fəslində baş tutacaq. Artıq məlumdur ki, OneUI 7.0 istifadəçi interfeysi Android 15 əsaslı olacaq. Gözləntilərə əsasən OneUI 7.0 nəzərə çarpacaq vizual dəyişikliklər əldə edəcək və bu mövzuda o, iOS 18 ilə HyperOS-dən ilhamlanacaq. Əsas vizual dəyişikliklərdən biri tətbiq ikonlarının macOS və VisionOS-dəki kimi nazik 3D effektli yuvarlaq formada olacaqlarıdır. Bununla yanaşı Samsung OneUI 7.0-da bildirişlər panelini tamamilə dəyişməyi planlaşdırır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy Tab S10 Ultra planşeti Geekbench testlərindən keçib
Samsung Galaxy Tab S10 Ultra planşeti Geekbench testlərindən keçib
Keçən həftə məlumat ortaya çıxdı ki, bu il ərzində təqdim ediləcək Samsung Galaxy Tab S10 planşet seriyasının bütün modelləri MediaTek prosessoru vasitəsilə çalışacaqlar.
Samsung şirkəti LG Wing tərzində qatlana bilən smartfonu patentləşdirib
Samsung şirkəti LG Wing tərzində qatlana bilən smartfonu patentləşdirib
Özünün Galaxy Z Fold və Z Flip smartfonları sayəsində Samsung şirkəti qatlana bilən smartfonlar bazarının lideridir. Lakin şirkət adları sadalanmış smartfonlarla yetinmək niyyətində deyil.
Gələcək Samsung Galaxy Z Fold və Z Flip smartfonları daha nazik gövdəyə sahib olacaqlar
Gələcək Samsung Galaxy Z Fold və Z Flip smartfonları daha nazik gövdəyə sahib olacaqlar
Bir neçə müddət bundan öncə təqdim edilmiş qatlana bilən Samsung Galaxy Z Fold 6 smartfonunun Çin istehsalçılarının analoqları fonunda o qədər də nazik smartfon olmadığı bir vaxtda şirkət öz gələcək qatlana bilən smartfonlarının gövdələrini daha nazik hala salmağa hədəflənib.
Samsung OneUI 7.0 istifadəçi interfeysi ciddi vizual dəyişikliklərə məruz qalacaq
Samsung OneUI 7.0 istifadəçi interfeysi ciddi vizual dəyişikliklərə məruz qalacaq
İnsayderlər Samsung-un OneUI 7.0 adlı yeni istifadəçi interfeysinin təfərrüatlarını bölüşüblər.
Bütün Samsung Galaxy Tab S10 planşetləri MediaTek prosessorunu əldə edəcəklər
Bütün Samsung Galaxy Tab S10 planşetləri MediaTek prosessorunu əldə edəcəklər
Samsung şirkəti bu il ərzində Galaxy Tab S10 planşet seriyasını təqdim edəcək.
Həftənin xəbərləri
CERN-də kainatın yaranması ilə bağlı yeni böyük bir kəşf edilib!
OpenAI-ın video hazırlayan süni intellekti Sora istifadəyə verilib!