Logo
    main-post-cover

    Samsung şirkəti, telefonlarına "Tətbiq Kilidi" funksiyasını əlavə edir!

    Proqram Təminatı
    24.06.2024
    Farid

         Apple-ın iOS 18 ilə iPhone-lara gətirdiyi yeni xüsusiyyətlərdən biri də proqramların kilidlənməsidir. Bu təhlükəsizlik və məxfilik xüsusiyyətinin One UI 7 yeniləməsi ilə Samsung telefon və planşetlərinə gələcəyi söylənilir.

         "Tətbiq Kilidi" funksiyası, hazırda yalnız üçüncü tərəf proqramları ilə mümkündür və One UI istifadəçi interfeysində bu xüsusiyyət mövcud deyil. Samsung şirkəti, cihaz istifadəçilərinin ən çox gözlədiyi bu xüsusiyyətin One UI 7.0 yeniləməsi ilə gələcəyini bildirilir. Paylaşılan ekran görüntüsündə tətbiqin kilidlənməsi seçimini "Parametrlər" > "Qabaqcıl Xüsusiyyətlər" bölməsindəki "Dual Messenger" xüsusiyyətinin altında görmək olar. Bu seçim, hələlik One 6.1 versiyasında mövcud deyil.
         Samsung, hazırda istifadəçilərə həssas proqramları, sənədləri, fotoşəkilləri və videoları "Təhlükəsiz Qovluqda" gizlətməyə icazə verir, lakin bunun üçün bir quraşdırma prosesi tələb olunur. Yeni "Tətbiq Kilidi" funksiyası ilə buna ehtiyac olmayacaq. Yəni kənardan hər hansı bir tətbiq quraşdırmadan proqramları bir kliklə kilidləmək mümkün olacaq.
    Paylaş