
Samsung Snapdragon prosessorlu smartfonlarında 8 illik Android dəstəyini reallaşdıra bilər
Proqram Təminatı
25.02.2025
Emil
Samsung Android smartfon seqmentində proqram təminatına dəstək səviyyəsini daim yüksəldir. Şirkət Android əməliyyat sistemi üçün 4 əsas yeniləmə vəd edən ilk istehsalçı olub. Keçən il isə Galaxy S24 modelləri üçün 7 əsas Android yeniləməsi təqdim edəcəyini elan edərək bir addım da irəli gedib. Bununla yanaşı, Google və Qualcomm istehsalçılara, o cümlədən Samsung-a, 8 il müddətində əsas Android və təhlükəsizlik yeniləmələri təqdim etmək imkanı verəcəklərini açıqlayıb.

Qualcomm və Google, Android-in əsas yeniləmələrini böyük dəyişikliklər etmədən təqdim etməyə imkan verəcək nüvə yeniləmələri və əlavə proqram təminatı dəstəyi təmin edəcəklər. Qualcomm bu proqramın "Android Ümumi Nüvəsinin (ACK) iki yeniləməsini" nəzərdə tutduğunu izah edib. Bu, Android cihaz istehsalçılarının istədikləri halda, 8 il ərzində Android yeniləmələri təqdim edə bilməsi deməkdir. Bunun üçün prosessor istehsalçısının (Qualcomm) dəstəyi maneə yaratmayacaq.

Lakin bu, bütün Android istehsalçılarının 8 illik yeniləmələr təqdim edəcəyi mənasını vermir. Xüsusilə büdcəli və orta seqment cihazlar üçün. Google və Qualcomm-un bu sahədəki tərəfdaşlığı Snapdragon 8 Elite prosessoru ilə başlayır. Bu prosessor artıq Galaxy S25 smartfon seriyasında istifadə olunur. Proqram Android 15 ilə satışa çıxacaq cihazlara dəstək verəcək. Samsung artıq 2024-cü ildən sonra çıxan bütün flaqman smartfonlarına 7 Android yeniləməsi təqdim edəcəyini elan edib.
Mənbə: Sammobile
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
