
Samsung-un 2020-ci il flaqman smartfonları təhlükəsizlik yenilənmələrini artıq hər ay əldə etməyəcəklər
Proqram Təminatı
02.04.2024
Emil
Samsung şirkəti 2020-ci ilin flaqman smartfonlarını aylıq təhlükəsizlik yenilənmələri qrafikindən rüblük təhlükəsizlik yenilinmələri qrafikinə keçirir. Söhbət, Galaxy S20, GalaxyS20+, Galaxy S20 Ultra, Galaxy S20 FE, Galaxy Note 20 və Galaxy Note 20 Ultra smartfonlarından gedir. Bundan sonra bu smartfonlar təhlükəsizlik yenilənmələrini hər ay deyil, hər 3 aydan bir əldə edəcəklər. Qeyd etmək lazımdır ki, Samsung daha öncə bu smartfonların təhlükəsizlik dəstəklərini 4 il ərzində təmin etməyi planlaşdırırdı. Nəticədə bu müddət 5 ilə kimi uzadıldı.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
