
Samsung-un yeni tətbiqi kompüter vasitəsilə telefon zənglərini qəbul etməyə imkan verir
Proqram Təminatı
28.12.2023
Emil
Samsung şirkəti Windows əməliyyat sistemi vasitəsilə çalışan kompüterlər üzərindən Galaxy smartfonlarının idarəsini reallaşdırmağa imkan verən Samsung Phone adlı tətbiqi təqdim edib. Bu tətbiq Apple şirkətinin iPhone və Mac arasındakı inteqrasiya ekosistemini xatırladır. Kompüterlər üçün nəzərdə tutulmuş Samsung Phone tətbiqi Galaxy smartfonlarının istifadəçilərinə öz mobil cihazlarındakı mesajlara baxmaq, bildirişləri qəbul etmək və kompüter ilə smartfon arasında fayl mübadiləsini reallaşdırmaq imkanlarını verir.

Bununla yanaşı Samsung Phone tətbiqi vasitəsilə istifadəçi öz smartfonunun Gallery bölməsinə, kontaktlar siyahısına və Samsung Notes qeydlərinə daxil ola bilər. Sözügedən tətbiqin digər bir üstünlüyü ondan ibarətdir ki, o, smartfona daxil olan zəngləri kompüter üzərindən qəbul etməyi mümkün edir. Sözügedən tətbiqi Microsoft Store-dan yükləmək olar. Lakin o hal-hazırda yalnız Galaxy Book 4 noutbuklarında aktivdir. Heç istisna deyil ki, müəyyən müddətdən sonra bu tətbiqi dəstəkləyəcək noutbukların siyahısı genişlənəcək.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
