
Sentyabrda Xiaomi-nin 7 smartfonunda HyperOS 3 istifadəyə veriləcək
Proqram Təminatı
30.07.2025
Emil
Xiaomi şirkəti hal-hazırda Android 16 əsaslı HyperOS 3 istifadəçi interfeysi üzərində çalışır. Ortaya çıxmış yeni məlumata əsasən şirkət hazırlanan bu yeni istifadəçi interfeysini sentyabr ayında istifadəyə verəcək. Bununla belə sentyabr ayında yalnız bəzi smartfonlar HyperOS 3-ü əldə edəcəklər. Təqdim edilmiş siyahıda 7 smartfon qeyd edilib və onların hamısı flaqman smartfonlardır. Siyahı aşağıdakı kimidir:
- Xiaomi 15
- Xiaomi 15 Pro
- Xiaomi 15 Ultra
- Xiaomi 14T Pro
- Xiaomi 15T Pro
- REDMI K70 Ultra
- REDMI K80 Ultra.
Paylaş