main-post-cover

    Smart eynəklər və AR/VR cihazlar üçün nəzərdə tutulmuş Android XR əməliyyat sistemi təqdim edilib

    Proqram Təminatı
    13.12.2024
    Emil Nəcəfov
           Google şirkəti Android-in smart eynəklər və AR/VR cihazlar üçün nəzərdə tutulmuş versiyasını təqdim edib. Bu versiya Android XR adlanır. Google bildirib ki, bu yeni əməliyyat sistemi həm aparıcı AR/VR cihazları həm də sadə smart eynəkləri dəstəkləyir. Şirkətin sözlərinə əsasən Android XR-in əsas məqsədi istifadəçinin tam şəkildə qarışıq reallıq dünyasına daxil olmasıdır. Google bu yeni əməliyyat sistemi üçün xüsusi olaraq Maps, YouTube, Chrome və digər tətbiqləri optimizasiya edib.
         Google həmçinin XR rejimdə çalışmaq üçün Chrome brauzerinin çox pəncərəli versiyası üzərində çalışır. Adi Android ilə müqayisədə Android XR şirkətin Gemini adlı süni zəka modeli əsasında çalışan çoxlu sayda funksiyanı özündə birləşdirir. Google bildirib ki, neyron şəbəkəsi XR cihazların funksionallıqlarını olduqca genişləndirəcək. Android XR ilkin inkişaf mərhələsində olsa da, artıq tərtibatçılar üçün aktivdir. Bu yeni əməliyyat sisteminə sahib ilk cihazların 2025-ci ildə təqdim olunacaqları gözlənilir.
    Анимация Android XR демонстрирует возможности приложений для больших экранов
    Анимация Chrome на Android XR, демонстрирующая функции WebXR
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Chrome brauzerinin süni zəka köməkçisi sərgilənib (VİDEO)
    chrome-brauzerinin-suni-zeka-komekcisi-sergilenib-video
    Orta büdcəli Google Pixel 9a-nın texniki imkanları və start qiyməti ortaya çıxıb
    orta-budceli-google-pixel-9a-nin-texniki-imkanlari-ve-start-qiymeti-ortaya-cixib
    Google öz smart eynəyini patentləşdirib
    google-oz-smart-eyneyini-patentlesdirib
    Google, hava proqnozunu cəmi 8 dəqiqə ərzində təxmin edə bilən süni intellektini təqdim edib!
    google-hava-proqnozunu-cemi-8-deqiqe-erzinde-texmin-ede-bilen-suni-intellektini-teqdim-edib
    Google Pixel 9a-nın prototipinin real fotoları ortaya çıxıb
    google-pixel-9a-nin-prototipinin-real-fotolari-ortaya-cixib