
Snapdragon 8 Elite prosessoruna sahib smartfonlar 8 illik Android dəstəyini əldə edə bilərlər
Proqram Təminatı
23.10.2024
Emil
Qualcomm şirkəti dünən Snapdragon 8 Elite prosessorunu təqdim etdi. Smartfon istehsalçıları isə bu prosessora sahib ilk smartfonlarını təqdim etməyə hazırlaşırlar. Qualcomm-un vermiş olduğu məlumata əsasən Snapdragon 8 Elite prosessoru vacib bir özəlliyə sahibdir. Söhbət, bu prosessora sahib smartfonların uzun müddət ərzində proqram təminatı dəstəyinə sahib ola biləcəklərindən gedir.
Qualcomm bildirib ki, Snapdragon 8 Elite prosessoruna sahib smartfonlar prosessorun təqdimatından sonrakı 8 il ərzində Android yenilənmələrini əldə edə bilərlər. Bu öz məhsullarını uzun müddət ərzində dəstəkləmək niyyətində olan smartfon istehsalçıları üçün əla imkandır. Lakin bu o demək deyil ki, bütün smartfon istehsalçıları Snapdragon 8 Elite prosessoruna sahib smartfonları üçün bu qədər müddət ərzində dəstək imkanını təqdim edəcək. Bunun üçün istehsalçılar Android yenilənmələrini öz istifadəçi interfeyslərinə uyğun adaptasiya etməli olacaqlar. Şirkətlərin heç də hamısı bu cür addımı atmağa tələsmir.
Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
