main-post-cover

    Spotify 2024-cü ildə nə qədər gəlir əldə etdiyini açıqlayıb!

    Proqram Təminatı
    23.04.2024
    Aslan Aslanov

         Spotify 2024-cü ilin birinci rübü üçün maliyyə hesabatını dərc edərək, neçə abunəyə sahib olduğunu və nə qədər gəlir əldə etdiyini açıqlayıb.

         Spotify tərəfindən paylaşılan məlumatlara görə, xidmətin illik gəliri 20% artaraq 3,6 milyard avroya çatıb. Şirkətin mənfəətinin isə 168 milyon avro olduğu açıqlanıb. Analitiklərin gözləntisi isə bu rəqəmdən 11,4 milyon daha az, yəni 156,4 milyon avro idi. Bu göstəricilərə əsasən şirkətin gözləntiləri aşdığını söyləyə bilərik.
         Spotify-ın ödənişli abunəçilərinin sayı 14% artaraq 239 milyona çatıb. Aktiv istifadəçilərin ümumi sayı isə, reklam da daxil olmaqla, 615 milyona yüksəlib. Bu nöqtədə analitiklərin proqnozu 617,9 milyon idi.
     
    • İllik gəlir: 3,6 milyard avro (+20%)
    • Mənfəət: 168 milyon avro
    • Ödənişli abunəçilərin sayı: 239 milyon (+14%)
    • Aktiv istifadəçilərin ümumi sayı: 615 milyon
     
         Abunəçilərin sayı və gəlirdən başqa, Spotify keçən il abunə haqlarını artırdığı üçün istifadəçilərdən bir xeyli reaksiya gördü. Lakin müxtəlif mənbələr şirkətin tezliklə qiymətləri yenidən artıracağını söyləyir. Bununla belə, Spotify-ın audiokitabları ehtiva etməyən yeni abunə planı üzərində işlədiyi də məlumatlar arasındadır. Bu yeni plan daha az məzmun təklif edəcəyi üçün daha aşağı qiymətə gələ bilər. Bu səbəbdən audiokitabları dinləmək istəməyən istifadəçilər tərəfindən yeni plana üstünlük verilə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər