Logo
    main-post-cover

    Süni intellekt çat-botları xərcləri qarşılamaq üçün reklamlar sərgiləyə bilərlər

         Əksər müasir süni intellekt əsaslı çat-botlar, o cümlədən ChatGPT, GeminiClaude hazırda istifadəçilərə reklam göstərmirlər. Lakin bu vəziyyət gələcəkdə dəyişə bilər, çünki bu modellərin öyrədilməsi, ixtisaslaşmış çiplərin alınması və məlumat emalı mərkəzlərinin inşası böyük investisiyalar tələb edir. Bu fikri milyarder Mark Cuban bir müddət əvvəl X platformasında paylaşdığı bir yazıda bildirib. O, qeyd edib ki, ABŞ hökuməti süni intellekt modellərindən gələn reklamları qeyri-qanuni etməlidir.
         Bu çağırışı o, sabiq PayPal əməliyyat direktoru, Donald Trump tərəfindən süni intellekt və kriptovalyutalar üzrə Ağ Ev rəhbəri təyin edilmiş David Sacks-a ünvanlayıb. Cuban qeyd edib ki, süni intellekt modelləri insanların həyatının ayrılmaz hissəsinə çevrilib və buna görə də istifadəçilər əmin olmalıdırlar ki, onların çat-botlarla qarşılıqlı əlaqələri şirkətlərin maksimal mənfəət əldə etmələri məqsədilə istifadə olunmamalıdır.
         Bununla belə, milyarder bildirib ki, əgər süni intellekt modelləri reklam göstərəcəksə, o zaman bu reklamlar açıq şəkildə reklam kimi qeyd olunmalı və vizual olaraq çatdan ayrılmalıdır - bu halda o buna qarşı deyil. Cuban-ın fikrincə, süni intellektin pulsuz versiyaları hələ bir müddət belə qalacaq, lakin gələcəkdə onların monetizasiya modeli mobil internet operatorları və provayderlərin təqdim etdikləri modellərə bənzəyəcək. O, hesab edir ki, hazırda süni intellekt modelləri hələ yeni-yeni məşhurluq qazandıqları üçün şirkətlər çat-botlarını mümkün qədər çox istifadəçiyə çatdırmağa çalışırlar ki, gələcəkdə onlara reklam və ya abunə sistemi əlavə edə bilsinlər.
    Paylaş