Logo
    main-post-cover

    Süni intellekt əsaslı Google Veo 3.1 video generatoru təqdim edilib (VİDEO)

         Google özünün video tərtibatı üçün nəzərdə tutulmuş süni intellekt modelinin yenilənmiş versiyası olan Veo 3.1-i təqdim edib. Model daha realistik videolar yaradır, istifadəçinin mətn sorğularına daha dəqiq cavab verir və səs müşayiəti sahəsində əhəmiyyətli təkmilləşdirmələr alıb. Məlumata görə görə, Veo 3.1 modeli may ayında təqdim edilmiş Veo 3 versiyasının funksionallığını inkişaf etdirərək bütün mövcud redaktə imkanlarına audio müşayiət əlavə edir - personajların istinad şəkillərinə uyğunlaşdırılmasından tutmuş süni intellektlə klip generasiyasına qədər, həmçinin mövcud videonu son bir neçə kadr əsasında davam etdirmək imkanını da əhatə edir. Google nümayəndələrinin sözlərinə görə, bu təkmilləşdirmələr sayəsində yaradılan videolar “daha canlı” görünür. Veo 3.1, Flow video redaktorunda, həmçinin Gemini tətbiqində, Gemini API vasitəsilə və mərkəzləşdirilmiş Vertex AI platformasında əlçatan olacaq. Flow istifadəçiləri həmçinin videolardan mövcud obyektləri silə biləcəklər. Flow-un may ayında istifadəyə verilməsindən bəri istifadəçilər onun vasitəsilə 275 milyondan çox video yaradıblar.
    Paylaş