
Süni zəka funksiyalarından təşkil edilmiş Galaxy AI paketindən aylıq istifadə haqqının nə qədər olacağı məlum olub
Proqram Təminatı
12.03.2024
Emil
Samsung-un Çindəki rəsmi mağazaları şirkətin flaqman smartfonlarında süni zəka funksiyaları paketi olan Galaxy AI-dan istifadə qaydaları üzrə bildirişi əldə etməyə başlayıblar. Əldə edilmiş bildirişdə Galaxy AI paketindən istifadə qiymətinin və bu paketin aylıq abunəlik üzrə hansı tarixdən təqdim ediləcəyi barəsində məlumat əks olunub.
Beləliklə verilmiş məlumata əsasən Galaxy S24 smartfon seriyasının modellərindən birini 30 iyul tarixinə kimi əldə edəcək şəxslər Galaxy AI paketinin bütün funksiyalarından 7 gün ərzində pulsuz istifadə edə biləcəəklər. 7 günlük istifadə müddətinin bitməsindən sonra isə Galaxy AI funksiyalarından istifadə etmək üçün ay ərzində 2$ abunə haqqı ödəmək lazım gələcək. Məlumatda qeyd edilib ki, hələ ki, bilavasitə smartfon tərkibində çalışan süni zəka funksiyaları ödəniş əsaslı olacaqlar. Live Translate kimi server xidməti isə hələ pulsuz olaraq çalışacaq.
Paylaş
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
