Logo
    main-post-cover

    Süni zəka əsaslı Google Gemini Code Assist köməkçisinə yeni imkanlar əlavə edilib

    Proqram Təminatı
    09.04.2025
    Emil
         Cloud Next konfransında Google şirkətini nümayəndəsi bildirib ki, kodlaşdırma üzrə süni zəka köməkçisi Code Assist artıq yeni süni zəka agentlərini yerləşdirmək qabiliyyətinə malikdir. Bu agentlər Google Docs sənədlərindəki məhsul spesifikasiyalarına əsaslanaraq tətbiqlər yarada və ya kodu bir proqramlaşdırma dilindən digərinə çevirə bilirlər. Code Assist artıq Android Studio mühitində də əlçatan olub və digər proqramlaşdırma mühitlərinə əlavə olunub. Code Assist-də edilən yeniləmələr GitHub Copilot, Cursor və proqramlaşdırma üzrə viral alət olan Devin-in yaradıcısı Cognition Labs kimi şirkətlərin yaratdığı rəqabət təzyiqlərinə cavab olaraq təqdim edilir.
         Süni zəka əsaslı kodlaşdırma köməkçiləri bazarı hər ay böyüməyə davam edir və bu bazarın həcmi milyardlarla dollarla ölçülür. Code Assist agentlərinə artıq Gemini Code Assist Kanban adlı yeni idarəetmə paneli vasitəsilə nəzarət etmək mümkündür. Bu agentlər iş planları hazırlaya və verilmiş tapşırıqlar üzrə mərhələli irəliləyiş barədə hesabat verə bilirlər. Onlar təkcə proqram təminatı yaratmaq və kod miqrasiyası həyata keçirməklə kifayətlənmir, həm də tətbiqlərə yeni funksiyalar əlavə edə, kodu yoxlaya, modulyar testlər və sənədlər yarada bilirlər.
         Hazırda Code Assist agentlərinin nə dərəcədə effektiv işlədiyini dəqiq müəyyənləşdirmək çətindir. Tədqiqatlar göstərir ki, bu gün hətta ən qabaqcıl süni intellekt əsaslı kod generatorları belə proqramlaşdırma məntiqini tam anlaya bilmədikləri üçün səhvlərə yol verə və təhlükəsizlik baxımından zəifliklər yarada bilərlər. Son sınaqlardan birində Devin yalnız 20 tapşırıqdan 3-nü uğurla yerinə yetirib. Bu səbəbdən, proqramlaşdırmada istənilən süni zəka köməkçisindən istifadə edərkən yaradılan kodun fərdi şəkildə yoxlanması tövsiyə olunur.
    Mənbə: Techcrunch
    Paylaş
    Bənzər xəbərlər
    google-mentiq-yurude-bilen-gemini-25-flash-suni-zeka-modelini-teqdim-edib
    Süni İntellekt

    Google məntiq yürüdə bilən Gemini 2.5 Flash süni zəka modelini təqdim edib

    Google yüksək məhsuldarlıq və səmərəliliyə fokuslanan yeni süni zəka modelini təqdim edib. Bu model Gemini 2.5 Flash adlanır və tezliklə süni zəka modellərinin yerləşdirilməsi və idarə olunması üçün nəzərdə tutulmuş Google Cloud-un Vertex AI platformasında əlçatan olacaq.
    google-videolar-ucun-vertex-ai-studio-adli-suni-zeka-aletleri-platformasini-teqdim-edib
    Proqram Təminatı

    Google videolar üçün Vertex AI Studio adlı süni zəka alətləri platformasını təqdim edib

    Google şirkəti Vertex AI Media Studio adlı yeni xidmətin istifadəyə verildiyini elan edib - bu, istifadəçilərə mətn formatında təsvirlərə əsaslanaraq video yaratmağa imkan verən süni zəka alətləri toplusudur. Xidmət Vertex AI platforması əsasında qurulub.
    google-bezi-suni-zeka-mutexessislerine-diger-sirketlere-kecmemeleri-ucun-odenis-edir
    Tech-Biznes

    Google bəzi süni zəka mütəxəssislərinə digər şirkətlərə keçməmələri üçün ödəniş edir

    Kəskin rəqabət şəraitində Google bəzi süni zəka mütəxəssislərinə digər şirkətlərə keçməmələri üçün, sadəcə heç nə etməmək qarşılığında, 1 il ərzində ödəniş etməyə məcbur qalır.
    chatgpt-suni-zeka-esasli-en-meshur-cat-bot-olaraq-qalir
    Proqram Təminatı

    ChatGPT süni zəka əsaslı ən məşhur çat-bot olaraq qalır

    OpenAI-nin süni zəkaya əsaslanan çat-botu ChatGPT hələ də bu tip xidmətlər arasında dünyada ən məşhuru olaraq qalır. Lakin SimilarWeb və Sensor Tower kimi analitik şirkətlərin statistikalarına görə, rəqib platformalar da sürətlə istifadəçi bazasını genişləndirirlər.
    qatlana-bilen-google-pixel-10-pro-fold-un-ilk-render-fotolari-teqdim-edilib
    Cihazlar+

    Qatlana bilən Google Pixel 10 Pro Fold-un ilk render fotoları təqdim edilib

    Google şirkətinin bu ilin ikinci yarısında qatlana bilən Pixel 10 Pro Fold smartfonunu təqdim edəcəyi gözlənilir. İndi isə OnLeaks ləqəbli məşhur insayder Android Headlines saytı ilə birlikdə sözügedən qatlana bilən smartfonun ilk render fotolarını təqdim edib.