
Süni zəka funksiyaları keçən ilki iPhone-ların yüksək temperatura kimi qızmalarına səbəb olurlar
Proqram Təminatı
18.12.2024
Emil
Apple keçən həftə iOS 18.2-nin istifadəyə verilməsinə start verdi. iOS 18-in bu versiyası özü ilə iPhone smartfonlarına süni zəka funksiyalarına sahib Apple Intelligence ekosistemini gətirdi. İstifadəçilər isə əməliyyat sistemi çərçivəsində reallaşdırılmış süni zəka funksiyalarını test edərək öz fikirlərini bölüşməyə başlayıblar. Həmişə olduğu kimi fikirlərin heç də hamısı müsbət deyil. Belə ki, keçən ilki iPhone modellərinə sahib istifadəçilər cihazların yüksək temperatura kimi qızmalarından şikayətləniblər.
Reddit-dəki paylaşımlara əsasən ən ciddi problemlərdən biri Image Playground funksiyası ilə əlaqəlidir. Qeyd etmək lazımdır ki, bu funksiya süni zəka vasitəsilə fotoların tərtibatı və cihazda artıq mövcud olan fotolara müxtəlif dəyişikliklərin əlavə edilməsi üçün nəzərdə tutulub. İstifadəçilərin sözlərinə əsasən bu funksiyanın çalışması zamanı smartfonda yüksək temperatura kimi qızma halı müşahidə edilir. Bununla yanaşı məlumatda qeyd edilib ki, süni zəka əsaslı Genmoji funksiyasının istifadəsi öz növbəsində smartfon performansını aşağı salır.
Məsələ burasındadır ki, bu funksiyanın çalışması zamanı istifadəçi interfeysi dona-dona işləyir. Nəticədə süni zəka əsaslı funksiyadan yararlanmaq mümkün olmur. Bu problemlər yalnız keçən ilki iPhone 15 Pro və iPhone 15 Pro Max modellərini əhatə edirlər. iPhone 16 Pro və iPhone 16 Pro Max modellərinin istifadəçiləri isə belə problemlərlə qarşılaşmayıblar. Apple öz növbəsində bu problemlərlə bağlı hələ heç bir fikir bildirməyib.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
