
TikTok-un sahibi ByteDance öz süni zəka modeli üçün gizli şəkildə OpenAI texnologiyalarından istifadə edir
Proqram Təminatı
19.12.2023
Emil
TikTok-un sahibi olan ByteDance şirkətinin gizli şəkildə OpenAI şirkətinin API-dan istifadə etdiyi məlum olub. Məlumata əsasən ByteDance bunu Project Seed adlı fərdi böyük dil modelini hazırlamaq üçün edir. Qeyd etmək lazımdır ki, süni zəka modellərinin təlimatlandırılması prosesində API-dan istifadə OpenAI şirkətinin xidmət siyasətində qadağandır. Lakin ByteDance şirkətinin daxili sənədlərinə əsasən şirkət öz əməkdaşlarından bu mövzudakı prosesləri maskalamağı tələb edib.
Məlumata əsasən Çində Doubao adlı çat-botun istifadəyə verilməsindən sonra ByteDance öz süni zəka modellərinin test edilməsində OpenAI alətlərindən istifadə etməyə davam edib. OpenAI öz növbəsində ByteDance şirkətinə öz API-na girişi bağlayıb. OpenAI təmsilçisi bildirib ki, bu mövzuda istintaq davam edəcək və qayda pozuntusunun təyin ediləcəyi halda ByteDance şirkətinin hesabı bloklanacaq. ByteDance isə GPT API-nln istifadəsində qayda pozuntusunu inkar edib və bildirib ki, o, Microsoft ilə lisenziya razılaşmasına sahibdir.
Paylaş
Bənzər xəbərlər

Proqram Təminatı
Ödənişli ChatGPT Plus-a yeni istifadəçilərin qeydiyyatı bərpa edilib
Keçən ay OpenAI şirkəti ChatGPT çat-botunun ödənişli versiyası olan ChatGPT Plus üçün yeni istifadəçilərin qeydiyyatını dayandırmışdı.

Proqram Təminatı
Ən çox gəlir əldə etmiş mobil tətbiqlər müəyyən edilib
Data.ai adlı şirkətin analitikləri məşhur tətbiqlər bazarını analiz edərək tərtibatçıların, istifadəçilərin aktivlikləri sayəsində nə qədər gəlir əldə etdiklərini qiymətləndiriblər.

Tech-Biznes
Antimonopoliya orqanları Microsoft-un OpenAI-ya olmuş investisiyalarını araşdırmağa başlayıblar
Microsoft-un OpenAI şirkətinə 13 milyard dollar həcmində olan investisiyası ABŞ-ın Federal Ticarət Komissiyası (FTC) və Böyük Britaniyanın Rəqabət və Bazarların İdarəsi Agentliyi (CMA) kimi antimonopoliya orqanlarının diqqətlərini çəkib.

Proqram Təminatı
ChatGPT istifadəçilərin tapşırıqlarını tam yerinə yetirməkdən imtina edir
ChatGPT-nin bir çox istifadəçisi GPT-4 əsasında çalışan çat-botun yeni qeyri-adi davranışı ilə qarşılaşıblar.

Proqram Təminatı
OpenAI şirkəti çat-botlar üçün nəzərdə tutulmuş online mağazanı gələn ilə təxirə salıb
Qeyd etmək lazımdır ki, GPT Store noyabr ayının əvvəlində baş tutmuş OpenAI konfransı çərçivəsində anons edilmişdi.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
