Logo
    main-post-cover

    VLC player offline rejimdə videolar üçün altyazılar tərtib etməyi öyrənib

    Proqram Təminatı
    10.01.2025
    Emil
         Məşhur VLC playerinin tərtibatçıları CES 2025 sərgisi çərçivəsində bu playerin yeni funksiyasını sərgiləyiblər. Bu funksiya videoları orijinal səsləndirmədə izləməyi sevən, lakin videonun lazımi altyazılı versiyasını tapa bilməyən istifadəçilər üçün nəzərdə tutulub. Söhbət, VLC playeri daxilində videolar üçün avtomatik altyazı tərtib edən funksiyadan gedir. Bu funksiya süni zəka əsasında çalışır və internetə qoşulmadan real zaman ərzində bu və ya digər xarici dildə olan video üçün lazımi atlyazını tərtib edə bilir.
         Player videonun orijinal dilində altyazını tərtib edə və daha sonra tərtib edilmiş altyazını lazımi dilə tərcümə edir. Məlumata əsasən VLC player bu mövzuda 100-dən çox dili dəstəkləyəcək. Hal-hazırda bu funksiya plugin şəklində fəaliyyət göstərir. Lakin yaxın gələcəkdə o, playerin tərtkib hissəsini təşkil edəcək. Bunun nə zaman baş verəcəyi bilinmir. Bununla yanaşı VLC rəsmiləri bildiriblər ki, player artıq 6 milyarddan çox yüklənmə sayına sahibdir.
    Paylaş
    Bənzər xəbərlər