WhatsApp-da video göndərmək xətası ortaya çıxıb!
Proqram Təminatı
29.04.2024
Farid Pardashunas
WhatsApp-ın Android versiyasında qəribə xəta baş verib. Bəzi telefonlardan WhatsApp vasitəsilə video göndərmək mümkün olmur. WhatsApp tərəfindən isə məsələ ilə bağlı heç bir açıqlama verilməyib.
Sosial mediada yayılan problem Android ekosisteminin stabil və beta versiyalarına təsir edir. Belə ki, bu xətadan təsirlənən telefonlarda video göndərməyə çalışan istifadəçilər "Bu video göndərilə bilməz. Fərqli video seçin və yenidən cəhd edin" xəbərdarlığı ilə qarşılaşır. Səhvin mənbəyi və necə düzəldiləcəyi isə hələ ki, məlum deyil.
Əldə edilən məlumata görə, WhatsApp-dakı xəta bütün Android əsaslı smartfon markalarında özünü göstərmir. Məsələn, Xiaomi 14 Ultra və Google Pixel 8 Pro kimi cihazlarla aparılan sınaqlarda video problemlərinin olduğu ortaya çıxıb. Digər tərəfdən, bildirilir ki, Samsung Galaxy S seriyasındakı bəzi telefonlar da oxşar problemlə üzləşir.
Xüsusilə WhatsApp-ın "v2.24.9.34" kodlu versiyasında istifadəçilərə təsir edən xəta ilə bağlı edə biləcəyiniz yeganə şey WhatsApp-ın köhnə versiyasını quraşdırmaqdır. Problem yaşayan və köhnə versiyaya keçən istifadəçilər bu problemin həll olunduğunu bildirirlər. Ancaq unutmayın ki, WhatsApp-ı üçüncü tərəf mənbələrindən yükləmək o qədər də təhlükəsiz deyil. Video göndərmə ilə bağlı probleminiz varsa, edə biləcəyiniz ən yaxşı şey növbəti yeniləməni gözləməkdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
WhatsApp-ın iOS versiyasında biometrik üsul ilə giriş funksiyası istifadəyə verilib
WhatsApp-ın iOS versiyasında biometrik üsul ilə giriş funksiyası istifadəyə verilib
WhatsApp iPhone üçün giriş açarlarını dəstəkləyən tətbiqlər siyahısına daxil olub.
WhatsApp yeni zəng funksiyasını əldə edəcək
WhatsApp yeni zəng funksiyasını əldə edəcək
WhatsApp-ın Android üçün nəzərdə tutulmuş yeni beta versiyasında iki yeni funksiya aşkar edilib.
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
WhatsApp tərtibatçıları messencerin Android üçün nəzərdə tutulmuş yeni beta versiyasına yeni faydalı funksiyanı əlavə ediblər.
WhatsApp-ın statuslar bölməsinə iki yeni funksiya əlavə olunacaq
WhatsApp-ın statuslar bölməsinə iki yeni funksiya əlavə olunacaq
WhatsApp-ın statuslar bölməsi üçün yeni funksiyalar hazırlanır. Hazırlanan yeni funksiyalar spamlarla mübarizəyə və istifadəçilərin konfidensiallıqlarının yaxşılaşdırılmasına hədəflənib.
WhatsApp-a çat filtrləri əlavə edilib
WhatsApp-a çat filtrləri əlavə edilib
WhatsApp tərtibatçıları messencerdə yeni faydalı özəlliyin istifadəyə verildiyini elan ediblər.
Həftənin xəbərləri
iPhone 16 Pro Max-ın maya dəyəri məlum olub
HBO-dan tarixi bir açıqlama: Bitcoin-in qurucusunun kim olduğunu müəyyən etdik!