main-post-cover

    WhatsApp statusunda digər insanları etiketləmək mümkün olacaq!

    Proqram Təminatı
    02.04.2024
    Aslan Aslanov
          Dünyanın ən məşhur ani mesajlaşma proqramı olan WhatsApp-ın yeni xüsusiyyət üzərində çalışdığı məlum olub. WhatsApp-ın 24.7.10.71 kodlu tətbiqinin iOS beta versiyasında ortaya çıxan bu xüsusiyyət istifadəçilərə status paylaşarkən başqa şəxsləri etiketləməyinə imkan verəcək.
          Instagram kimi sosial şəbəkələr hekayələr paylaşarkən bizə istifadəçiləri etiketləməyə imkan versə də, WhatsApp üçün bu xüsusiyyət bu günə qədər əlçatan deyildi. Bu gün ortaya çıxan məlumatlar bu vəziyyətin artıq dəyişəcəyini göstərir. Belə ki, WhatsApp istifadəçiləri status paylaşarkən kontakt siyahısındakı bir və ya bir neçə istifadəçini etiketləyə biləcəklər. WhatsApp-ın üzərində işlədiyi bu yeni xüsusiyyət həmçinin məxfiliyi də ön planda tutacaq. Yəni etiketlənən şəxslər bu barədə bildiriş alsalar da, digər şəxslər bu haldan xəbər tutmayacaq.
          Şirkət hələ ki, üzərində işlədiyi yeni xüsusiyyət ilə bağlı heç bir açıqlama verməyib. Buna görə də, xüsusiyyətin nə vaxt istifadəyə veriləcəyi ilə bağlı dəqiq məlumat yoxdur. Əlavə olaraq, onu da qeyd edək ki, bəhs etdiyimiz xüsusiyyət bir neçə gün əvvəl tətbiqin Android beta versiyasında aşkarlanıb. Beləliklə, funksiyanın həm iOS, həm də Android ekosistemlərində mövcud olacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Whatsapp-a yaxın zamanda süni zəka əsaslı çat-bot inteqrasiya ediləcək
    whatsapp-a-yaxin-zamanda-suni-zeka-esasli-cat-bot-inteqrasiya-edilecek
    Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
    whatsapp-yaxin-zamanda-2-yeni-funksiyani-elde-edecek
    Whatsapp istifadəçilərin hesab fotolarının screenshotlarını çəkməyi qadağan edib
    whatsapp-istifadecilerin-hesab-fotolarinin-screenshotlarini-cekmeyi-qadagan-edib
    Whatsapp media faylları standart şəkildə HD keyfiyyətdə göndərmək imkanını verəcək
    whatsapp-media-fayllari-standart-sekilde-hd-keyfiyyetde-gondermek-imkanini-verecek
    Whatsapp üzərindən digər messencerlərin istifadəçiləri ilə mesajlaşmaq olacaq
    whatsapp-uzerinden-diger-messencerlerin-istifadecileri-ile-mesajlasmaq-olacaq