main-post-cover

    Windows 11-də Android smartfondakı fotolara sürətli keçid funksiyası istifadəyə verilib

    Proqram Təminatı
    22.01.2024
    Farid Pardashunas
         Microsoft Windows 11-in 23619 nömrəli yeni test versiyasını istifadəyə verib. İstifadəyə verilmiş test versiyası maraqlı bir funksiyaya sahibdir. Söhbət, kompüter üzərindən smartfondakı foto və screenshot-lara sürətli keçid funksiyasından gedir. Məlumata əsasən Windows 11-in yeni versiyasında Snipping Tool funksiyası Android vasitəsilə çalışan smartfondakı son fotolara və screenshot-lara sadə və sürətli keçidi mümkün edir.
         Bununla belə sözügedən funksiya vasitəsilə keçid edilən foto və screenshot-ları redaktə etmək də mümkündür. Bu funksiyanın Windows 11-də aktivləşdirilməsindən sonra smartfona əlavə ediləcək hər yeni foto zamanı kompüterdə həmin fotodan istifadə etmək təklifi əks olunacaq. Funksiyanı aktivləşdirmək üçün Windows 11-də ayarlara daxil olub növbəti sıralama üzrə keçidi reallaşdırmaq lazımdır. Bluetooth & devices -> Mobile devices -> Manage mobile devices. Manage mobile devices bölməsində funksiyanı aktivləşdirmək olar. Sözügedən yeni funksiyanın Windows 11-in stabil versiyasında nə zaman istifadəyə veriləcəyi bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Windows kompüterlərdə süni zəka funksiyalarının çalışmaları üçün lazım olan sistem tələbləri təyin edilib
    windows-komputerlerde-suni-zeka-funksiyalarinin-calismalari-ucun-lazim-olan-sistem-telebleri-teyin-edilib
    Microsoft Copilot-un ödənişli versiyasını istifadəyə verib
    microsoft-copilot-un-odenisli-versiyasini-istifadeye-verib
    Windows 11 USB 4 dəstəyini əldə edəcək
    windows-11-usb-4-desteyini-elde-edecek
    Microsoft süni zəka vasitəsilə 18 yeni material kəşf edib
    microsoft-suni-zeka-vasitesile-18-yeni-material-kesf-edib
    Microsoft qısa müddət ərzində dünyanın ən bahalı şirkəti olub
    microsoft-qisa-muddet-erzinde-dunyanin-en-bahali-sirketi-olub