main-post-cover

    Windows 11-in bazar payı ikinci aydır ki, aşağı düşür

    Proqram Təminatı
    02.05.2024
    Farid Pardashunas
         Statcounter saytının yeni statistikasına əsasən Windows 11 əməliyyat sistemi istifadəçilər arasında artıq ikinci aydır ki, öz məşhurluğunu itirir. Windows 10 vasitəsilə çalışan kompüterlərin sayı isə getdikcə artır. Bundan əlavə olaraq Windows 10 keçən ilin sentyabr ayındakı göstəricisinə çatıb. Beləliklə bu ilin aprel ayı üzrə Windows 11-in desktop əməliyyat sistemləri bazarındakı payı 26.68%-dən 25.65%-ə düşüb. Windows 10 isə bu bazarda keçən ilin sentyabr ayından bəri ilk dəfə 70%-dən bir qədər çox bazar payı əldə edib.
         Reytinqin üçüncü yerində Windows 7 qərarlaşıb. Onun bazar payı 3% təşkil edir. Windows 8 əməliyyat sistemi 0.53% bazar payı göstəricisi ilə dördüncü yeri, Windows 8.1 əməliyyat sistemi isə 0.36% bazar payı göstəricisi ilə beşinci yeri tutub. Microsoft-un digər əməliyyat sistemləri o dərəcədə kiçik bazar payına sahibdirlər ki, onların statistikaları artıq əhəmiyyətsiz hesab edilir. Windows 10-un istifadəçilər arasında bu dərəcədə məşhurlaşmasına gəldikdə isə analitiklərin fikirlərinə əsasən bu, Windows 11-in yüksək sistem tələblərinə sahib olması və özündə çoxlu sayda reklamları birləşdirməsi ilə bağlıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Search-ün Safari brauzerində istifadəsi səbəbilə Google Apple şirkətinə milyardlarla dollar vəsait ödəyib
    google-search-un-safari-brauzerinde-istifadesi-sebebile-google-apple-sirketine-milyardlarla-dollar-vesait-odeyib
    Bill Gates, Microsoft-u şirkətdə vəzifəsi olmadan idarə edirmiş!
    bill-gates-microsoft-u-sirketde-vezifesi-olmadan-idare-edirmis
    Windows 11 faylların arxivləşdirilməsi funksiyasını əldə edəcək
    windows-11-fayllarin-arxivlesdirilmesi-funksiyasini-elde-edecek
    Microsoft ilə Amazon-un süni zəka sahəsindəki müqavilələrinin araşdırılmasına start verilib
    microsoft-ile-amazon-un-suni-zeka-sahesindeki-muqavilelerinin-arasdirilmasina-start-verilib
    Microsoft şirkəti ən kiçik süni intellekt modeli olan Phi-3 Mini-ni təqdim edib!
    microsoft-sirketi-en-kicik-suni-intellekt-modeli-olan-phi-3-mini-ni-teqdim-edib