Windows 11-in Start menyusu iOS-in faydalı özəlliyini əldə edəcək
Proqram Təminatı
30.08.2024
Emil
Windows 11-in yeni beta versiyasında maraqlı yenilik aşkar edilib. Söhbət, Start menyusunun yeni dizaynından gedir. Belə ki, Start menyusunun yeni dizaynı istifadəçi tərəfindən daimi şəkildə istifadə edilən tətbiqlərə keçidi sadələşdirmək üçün nəzərdə tutulub. Start menyusunda məhdud sayda tətbiq ikonunun yerləşdirilməsi və tətbiqlərdən ibarət tam siyahının təqdim olunması düyməsi əvəzinə Microsoft istifadəçilərə mobil əməliyyat sistemlərindən yaxşı tanış olan imkandan faydalanmağı təklif edir.
Windows 11-in yeni test versiyasında Start menyusu tətbiqləri müxtəlif kateqoriyalar üzrə qruplaşdırır. Nəticədə əməliyyat sistemi bir növ tətbiqlər kitabxanasını yaradır. iOS-də və Android üçün olan bəzi istifadəçi interfeyslərində tətbiqlər məhz belə şəkildə qruplaşırlar. Məlumatda qeyd edilib ki, Microsoft şirkəti tətbiqlərin Microsoft Store-dakı kimi 29 kateqoriya üzrə qruplaşmasını təqdim edir. Start menyusunun bu yeni imkanının stabil Windows 11-də nə zaman istifadəyə veriləcəyi bilinmir.
Paylaş
Bənzər xəbərlər
Proqram Təminatı
Windows 11-də kompüterin enerji təchizatı ilə bağlı yeni ayarlar istifadəyə veriləcək
Windows 11-in yeni test versiyasında maraqlı özəllik ortaya çıxıb. Söhbət, kompüterin elektrik təchizatı ilə bağlı ayarlardan gedir.
Proqram Təminatı
Microsoft, dəstəklənməyən sistemlərdə Windows 11 quraşdırılmasını blok etməyə başlayıb!
Proqram təminatı nəhəngi Microsoft şirkəti, sistem tələblərinə cavab verməyən kompüterlərə Windows 11 sisteminin quraşdırılması üçün tədbir görüb.
Təhlükəsizlik
Windows-un yenilənmələr mərkəzində 2 ciddi boşluq aşkar edilib
SafeBreach şirkətinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən tədqiqatçısı Alon Levie, Windows-un yenilənmələr mərkəzində 2 yeni boşluğu aşkar edib.
Proqram Təminatı
Windows 11, bir istifadəçi tərəfindən 10 illik Intel Celeron prosessorlu noutbukda çalışdırıla bilib!
Daha əvvəl Windows 11-in köhnə kompüterlərdə də sürətl şəkildə çalışdığı ortaya çıxmışdı. İndi isə Reddit-də bir istifadəçi, 10 yaşlı Intel Celeron prosessorlu noutbukunda Windows 11 quraşdırdığını və onun çox yaxşı işlədiyini bildirib.
Təhlükəsizlik
Hakerlər Internet Explorer üzərindən kompüterlərə yeni növ kiberhücum reallaşdırırlar
Hakerlər Windows-da artıq köhnəlmiş və rəsmi şəkildə deaktiv edilmiş Internet Explorer brauzeri üzərindən kiberhücuların reallaşdırılmasına hədəflənmiş yeni boşluğu aşkar ediblər.
Ən çox oxunanlar