
Windows 11-in Start menyusunun yeni dizaynı sərgilənib
Proqram Təminatı
24.02.2025
Emil
Microsoft Windows 11-də Start menyusunun tezliklə dəyişəcəyini təsdiqləyib və tətbiqlərin siyahısının təşkilinə dair iki yeni variant təqdim edib. Onlardan biri iOS-dakı tətbiq kataloquna qismən bənzəyir. Rəsmi bloqda bildirildiyinə görə, Microsoft tətbiqlərin təşkili üçün iki yeni variant təklif edəcək:
- Əlifba sırası ilə düzülən şəbəkə görünüşü
- Tətbiqlərin qovluqlara görə avtomatik qruplaşdırılması.

Qeyd etmək lazımdır ki, ikinci variantda istifadəçilər öz qovluqlarını yarada bilməyəcək - tətbiqlər avtomatik olaraq qruplaşdırılacaq. Bu yenilikləri ilk olaraq Windows 11-in test versiyasını (22635.4950 və ya daha yeni) istifadə edənlər sınaqdan keçirə biləcəklər. Lakin Microsoft yeni Start menyusunun Windows 11-in stabil versiyasında nə vaxt təqdim ediləcəyini açıqlamayıb.

Mənbə: Techradar
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
