Windows 11-in xaricini görünüşünü ayarlamağa imkan verən tətbiqlər Microsoft tərəfindən qadağan olunur
Proqram Təminatı
09.04.2024
Farid
Microsoft şirkəti Windows əməliyyat sisteminin xarici görünüşünü daha geniş şəkildə ayarlamağa imkan verən tətbiqlərlə mübarizə aparmaq qərarını verib. Beləliklə yeni Windows 11 yenilənməsindən sonra bu cür tətbiqləri əməliyyat sistemi daxilində işə salmaq mümkün olmur. Bununla belə əməliyyat sistemi sözügedən tətbiqlərin ən yeni versiyalarını belə bloklayır. Windows 11-də bu mövzu ətrafında qadağan edilmiş tətbiqlərdən biri StartAllBack-dir. Qeyd etmək lazımdır ki, sözügedən tətbiq Windows 11-dəki Taskbar ilə Start düyməsini istəyə görə ayarlamağa imkan verir. İstifadəsi mümkün olmayan ikinci tətbiq ExplorerPatcher-dir. Bu tətbiq Windows 11-ə Windows 10-un köhnə Taskbar-nı əlavə etməyə imkan verir. Digər tərəfdən söhbət, Windows əməliyyat sistemindən gedir. Hər-halda istifadəçilər mütləq şəkildə Microsoft-un bu məhdudiyyətindən yan keçə biləcəklər.
Paylaş
Bənzər xəbərlər
Proqram Təminatı
Microsoft 2025-ci ildən sonra Windows 10-un ödənişli dəstəyinin qiymətini açıqlayıb
Gələn ilin oktyabr ayından başlayaraq Windows 10 əməliyyat sistemi artıq təhlükəsizlik yenilənmələrini əldə etməyəcək.
Proqram Təminatı
Windows 10 istifadəçilər arasında Windows 11-dən daha məşhur olmaqda davam edir
Statcounter analitik saytı bu ilin mart ayı üzrə istifadəçi kompüterlərində Windows əməliyyat sisteminin müxtəlif versiyalarının nə dərəcədə məşhur olduqları statistikasını təqdim edib.
Əməliyyat sistemləri
Windows 11-in Start menyusunda interfeys dəyişikliyi gözlənilir
Windows 11-in test versiyasında faydalı yenilik istifadəyə verilib. İstifadəyə verilmiş yenilik Start menyusunun mübahisəli interfeysini yaxşılaşdırmaq üçün nəzərdə tutulub.
Elm & Texnologiya
Microsoft və OpenAI birgə 100 milyard dollar dəyərində superkompüter hazırlayacaqlar
Microsoft və OpenAI şirkətləri öz aralarında olan sıx əməkdaşlığı davam etdirirlər.
Digər
Microsoft süni zəkaya həsr edilmiş tədbir keçirəcəyini elan edib
Microsoft şirkəti süni zəkaya həsr edilmiş tədbirin keçiriləcəyini elan edib.
Ən çox oxunanlar