Windows 11 istifadəçinin kompüterdəki bütün əməliyyatlarını yaza biləcək
Proqram Təminatı
16.05.2024
Emil Nəcəfov
İnsayderlər Windows 11-in 26212 nömrəli test versiyasında süni zəka əsaslı yeni funksiyanı aşkar ediblər. Aşkar edilmiş yeni funksiya əməliyyat sisteminin ayarlarındakı Privacy & security bölməsində yerləşir. Funksiya əməliyyat sistemi ilə çalışmada rahatlığı təmin etmək üçün nəzərdə tutulsa da, özəl məlumatların konfidensiallıqları mövzusunda suallar yaradır. Süni zəka əsaslı yeni funksiya Recall and snapshots adlanır. O, istifadəçinin kompüterdə reallaşdırdığı bütün əməliyyatların yazılması üçün nəzərdə tutulub.
İstifadəçi sözügedən funksiya sayəsində kompüterdən istifadə mövzusunda bu və ya digər zaman anına qayıdaraq onu maraqlandıran məlumatı və ya faylı tapa biləcək. Məsələn istifadəçi bu funksiya sayəsində bu və ya digər tətbiqin nə zaman işə salındığını və ya hansısa qovluğa yerləşdirmiş olduğu faylın yerini öyrənə biləcək. Məlumatda qeyd edilib ki, Recall and snapshots funksiyası vasitəsilə əməliyyatların yazılması prosesi həmçinin kompüter ekranının screenshot fotolarının avtomatik çəkilməsi ilə də müşayiət ediləcək.
Bu funksiya çərçivəsində təbii dil vasitəsilə axtarış sistemi də reallaşdırılacaq. Bunun sayəsində istifadəçi məsələn bir neçə gün öncə oxumuş olduğu məqaləni axtarıb tapa bilər. Bunu etmək üçün istifadəçi sadəcə olaraq axtarış sistemində bunu təbii yazı dili şəklində qeyd etməli olacaq. Axtarış prosesində isə birbaşa süni zəka iştirak edəcək. Təhlükəsizliyin təmin olunması məqsədilə bu funksiya sayəsində yazılan heç bir məlumat bulud serverə ötürülməyəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Microsoft, Windows 10-dakı cansıxıcı problemi həll edə bilmədiyini qəbul edib!
Microsoft, Windows 10-dakı cansıxıcı problemi həll edə bilmədiyini qəbul edib!
Microsoft həftələr əvvəl buraxılmış Windows 10 KB5034441 yeniləməsindəki problemləri həll edə bilməyəcəyini təsdiqləyib. İstifadəçilər “0x80070643 - ERROR_INSTALL_FAILURE” problemini özləri həll etməli olacaqlar.
Windows 11-in bazar payı ikinci aydır ki, aşağı düşür
Windows 11-in bazar payı ikinci aydır ki, aşağı düşür
Statcounter saytının yeni statistikasına əsasən Windows 11 əməliyyat sistemi istifadəçilər arasında artıq ikinci aydır ki, öz məşhurluğunu itirir.
Windows 11 faylların arxivləşdirilməsi funksiyasını əldə edəcək
Windows 11 faylların arxivləşdirilməsi funksiyasını əldə edəcək
Windows 11 artıq bir neçə növ arxivi açmaq imkanına sahibdir. Bununla yanaşı əməliyyat sistemi arxivlərin yaradılması imkanından məhrumdur.
Windows 11-in xaricini görünüşünü ayarlamağa imkan verən tətbiqlər Microsoft tərəfindən qadağan olunur
Windows 11-in xaricini görünüşünü ayarlamağa imkan verən tətbiqlər Microsoft tərəfindən qadağan olunur
Microsoft şirkəti Windows əməliyyat sisteminin xarici görünüşünü daha geniş şəkildə ayarlamağa imkan verən tətbiqlərlə mübarizə aparmaq qərarını verib.
Windows 10 istifadəçilər arasında Windows 11-dən daha məşhur olmaqda davam edir
Windows 10 istifadəçilər arasında Windows 11-dən daha məşhur olmaqda davam edir
Statcounter analitik saytı bu ilin mart ayı üzrə istifadəçi kompüterlərində Windows əməliyyat sisteminin müxtəlif versiyalarının nə dərəcədə məşhur olduqları statistikasını təqdim edib.
Həftənin xəbərləri
Çin istehsalı elektromobillərin nəyə görə belə ucuz satıldıqları məlum olub
İnqilabi bir kəşflə "yuxular arası əlaqə" dövrü başlayır!