main-post-cover

    Windows 11 kompüterin yenidən işə salınmasına ehtiyac duymadan yenilənə biləcək

    Proqram Təminatı
    26.02.2024
    Farid Pardashunas
         Heç kim üçün sirr deyil ki, Windows üçün nəzərdə tutulmuş böyük yenilənmələrin əksəriyyəti kompüterin yenidən işə salınmasını tələb edirlər. Lakin bəzən bu cür yenilənmələrin sonunda kompüterin yenidən işə salınmasında bəzi problemlər yaşanır. Yaxın zamanda isə bu cür problemlər aradan qaldırılmalıdır. Məsələ burasındadır ki, Windows 11 yaxın zamanda kompüterin yenidən işə salınması prosesini ehtiyac duymadan yenilənə biləcək. İnsayderlər əməliyyat sisteminin test versiyasında bununla bağlı olan maraqlı yeniliyi aşkar ediblər.
         Belə ki, əməliyyat sisteminin test versiyasında yenilənmələrin quraşdırılmasına hədəflənmiş Hotpatch adlı yeni üsul aşkar edilib. Bu yenilik sayəsində təhlükəsizlik yenilənmələri əməliyyat sisteminə kompüterin yenidən işə salınmasına ehtiyac duymadan quraşdırılmalıdır. Buna bənzər üsul artıq Windows Server 2022-də tətbiq edilir. Məlumata əsasən bu yeni üsul bu il ərzində istifadəyə veriləcək Windows 11 24H2 yenilənməsi çərçivəsində aktivləşdiriləcək. Lakin funksiyanın ARM prosessorlar vasitəsilə çalışan kompüterlərdə 2025-ci ilə qədər aktiv olmayacağı ehtimalı var.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Windows-dakı Photos tətbiqi üçün süni zəka funksiyası təqdim edilib
    windows-daki-photos-tetbiqi-ucun-suni-zeka-funksiyasi-teqdim-edilib
    Windows 11-də Bluetooth cihazların axtarışı yaxşılaşdırılacaq
    windows-11-de-bluetooth-cihazlarin-axtarisi-yaxsilasdirilacaq
    Çox köhnə prosessorlar Windows 11-in yeni versiyasını dəstəkləməyəcəklər
    cox-kohne-prosessorlar-windows-11-in-yeni-versiyasini-desteklemeyecekler
    Windows 11-in 100 MB həcmli versiyası yaradılıb (VİDEO)
    windows-11-in-100-mb-hecmli-versiyasi-yaradilib-video
    Windows 12 müəyyən müddətlik təxirə salınıb
    windows-12-mueyyen-muddetlik-texire-salinib