Logo
    main-post-cover

    Windows 11 sentyabr ayında yeni rekorda imza atıb

    Proqram Təminatı
    02.10.2024
    Emil
         Statcounter analitik şirkəti Windows versiyalarının sentyabr ayı üzrə bazardakı vəziyyətlərinə dair yeni statistik məlumatları təqdim ediblər. Məlum olub ki, sentyabr ayında Windows 11 istifadəçilər arasında daha çox məşhur olub və o, desktop kompüterlərdə yayılma tempi baxımından yeni rekorda imza atıb. Məlumatda qeyd edilib ki, Windows 10 ilə Windows 11 ümumilikdə desktop kompüterlərin 96.16%-ni əhatə edirlər. Bu göstəricidən 62.79%-i Windows 10-un, 33.37%-i isə Windows 11-i payına düşür. Qeyd etmək lazımdır ki, avqust ayında Windows 11-in kompüterlərdəki pay göstəricisi 31.63%, Windows 10-da isə bu göstərici 64.14% təşkil etmişdi. Nəticədə Windows 11 sentyabr ayı üzrə öz pay göstəricisini 1.?4% yüksəltdi, Windows 10 isə 1.35% azaltdı. Digər Windows versiyalarına gəldikdə isə Windows 7 bazarın 2.85%-ni, Windows 8.1 0.36%-ni, Windows XP isə 0.34%-ni əhatə edir.
    Paylaş