Logo
    main-post-cover

    Windows kompüterlərdə süni zəka funksiyalarının çalışmaları üçün lazım olan sistem tələbləri təyin edilib

    Proqram Təminatı
    19.01.2024
    Emil
         Verilmiş məlumata əsasən Microsoft şirkəti Windows kompüterlərdə süni zəka funksiyalarının istifadəsi üçün nəzərdə tutulmuş yeni sistem tələblərini təyin edib. Məlumatda qeyd edilib ki, süni zəka funksiyalarından istifadə etmək üçün Windows kompüter yeni prosessorla yanaşı həmçinin daha böyük həcmli RAM yaddaşına sahib olmalıdır. Beləliklə Windows-da süni zəka funksiyalarının stabil çalışmaları üçün kompüter minimum 16 GB RAM-a sahib olmalıdır.
         Bundan əlavə olaraq kompüterdəki neyron prosessoru (NPU) müəyyən performans səviyyəsinə sahib olmalıdır. Söhbət, minimum 40 TOPS-da gedir. Hal-hazırda  Intel Meteor Lake (34 TOPS) və AMD Ryzen 8040 (39 TOPS) prosessorları bu tələbə uymurlar. Bu tələbə yeganə uyan prosessor hal-hazırda Qualcomm Snapdragon X Elite-dir (45 TOPS). Qualcomm Snapdragon X Elite prosessoruna sahib noutbuklar isə bu ilin ikinci yarısında satışa çıxmalıdırlar.
    Paylaş