Logo
    main-post-cover

    WordPress süni zəka vasitəsilə sadə saytların yaradılması imkanını istifadəyə verib

    Proqram Təminatı
    10.04.2025
    Emil
         Veb sayt yaratmaq üçün platforma olan WordPress, mətn sorğusu əsasında veb səhifələr yaradan süni zəka əsaslı konstruktorunu istifadəyə verib. Tərtibatçılar bu AI Site Builder adlı alətin nələri bacardığını və hələ nələri edə bilmədiyini izah ediblər, həmçinin alətin iş prinsipini nümayiş etdiriblər. Süni zəka köməkçisi yalnız yeni saytların yaradılması üçün nəzərdə tutulub və artıq mövcud olan səhifələrin redaktəsini dəstəkləmir. İşə başlamaq üçün sayt barədə sərbəst formada təsvir yazmaq kifayətdir.
         Əgər nəticə istədiyiniz kimi alınmırsa, onu əlavə əmrlərlə düzəltmək mümkündür. İstifadəçi rəng palitrasını, dizayn elementlərini, şəkilləri, mətnləri və digər detalları dəyişə bilər. İstifadəçilər 30 sayta qədər versiyanı pulsuz şəkildə yarada bilərlər, lakin məhdudiyyətsiz sayda variantın açılması və saytın dərc olunması üçün Premium abunə tələb olunur. Tərtibatçıların sözlərinə görə, bot hələlik nə e-ticarət saytları, nə də “mürəkkəb inteqrasiyalar tələb edən” səhifələri yarada bilir - lakin sadə və sürətli “bir səhifəlik” saytlar yaratmaq üçün onun imkanları kifayətdir.
    Mənbə: Techcrunch
    Paylaş
    Bənzər xəbərlər