Logo
    main-post-cover

    X Grok-un cavablarına reklamlar yerləşdirməyə imkan verəcək

         X sosial şəbəkəsi öz süni intellekti Grok-un cavablarına reklam yerləşdirməyi planlaşdırır. Bu barədə Elon Musk reklamverənlərlə canlı yayım zamanı bildirib. O vurğulayıb ki, yeni reklam formatları keçmiş baş direktor Linda Yaccarino-nun gedişindən sonra platformanın zəifləmiş reklam biznesini gücləndirməyə, həmçinin yüksək hesablamə gücü xərclərini qarşılamağa kömək edəcək. Daha əvvəl X komandası əsas diqqətini Grok-u dünyanın ən ağıllı və dəqiq süni intellekti etmək üzərində cəmləmişdi və Musk-ın sözlərinə görə, bu məqsədə böyük ölçüdə nail olunub. İndi isə, məlumata görə, şirkət monetizasiyaya yönəlməyi planlaşdırır və marketoloqlar öz təkliflərini çat-botun müvafiq cavablarında yerləşdirmək üçün ödəniş edə biləcəklər.
         Sahibkar izah edib ki, reklamverənlər öz elanlarını birbaşa Grok-un cavablarında yerləşdirə biləcəklər. Məsələn, əgər istifadəçi hər hansı problemin həlli yollarını axtarırsa, uyğun məhsul və ya xidmət reklamı süni intellekt cavabına ən uyğun əlavə ola bilər. Bundan başqa, Musk öz startapı xAI-nın süni intellekt texnologiyalarından X platformasında hədəflənmiş reklamın dəqiqliyini artırmaq üçün istifadə etməyi planlaşdırır. Xatırladaq ki, bu ilin əvvəlində xAI gözlənilmədən sosial şəbəkəni 45 milyard dollara almışdı. Saziş xAI və X arasında səhmlərin mübadiləsi yolu ilə rəsmiləşdirilib - faktiki olaraq pul ödənişi tələb olunmayıb, çünki razılaşma payların dəyişdirilməsi formasında həyata keçirilib. Hər iki şirkətin əvvəllər ortaq investorları olub və onların özəl statusu sövdələşmənin razılaşdırılmasını asanlaşdırıb.
    Paylaş