
Xiaomi 12 Lite qlobal bazarda HyperOS-i əldə etməyə başlayıb
Proqram Təminatı
01.02.2024
Emil
Xiaomi şirkəti qlobal bazardakı smartfonlarını HyperOS ilə təmin etməkdə davam edir. Bu dəfə növbə Xiaomi 12 Lite smartfonuna çatıb. Məlumata əsasən Xiaomi 12 Lite üçün istifadəyə verilmiş HyperOS Android 14 əsaslıdır. Sistem yenilənməsi smartfon üçün 1.0.2.0.ULIMIXM nömrəsi altında təqdim edilib və onun həcmi 5.3 GB təşkil edir. Sistem yenilənməsi tədricən istifadəyə verildiyi üçün Xiaomi 12 Lite smartfonunun bütün istifadəçiləri eyni zamanda onu əldə etməyə bilərlər. Lakin yaxın zamanda bütün Xiaomi 12 Lite istifadəçiləri üçün HyperOS aktiv olacaq.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
