
Xiaomi 13T və 13T Pro qlobal bazarda HyperOS-i əldə etməyə başlayıblar
Proqram Təminatı
29.12.2023
Emil
Az əvvəl məlum oldu ki, Xiaomi şirkəti Xiaomi 13 Pro-nun qlobal versiyası üçün HyperOS-i istifadəyə verib. İndi isə məlum olub ki, Xiaomi 13 Pro ilə yanaşı qlobal bazarda Xiaomi 13T və Xiaomi 13T Pro da HyperOS-i əldə etməyə başlayıblar. Xiaomi 13T üçün sistem yenilənməsi OS1.0.3.0.UMLEUXM nömrəsi altında, Xiaomi 13T Pro üçün isə OS1.0.2.0.UMFEUXM nömrəsi altında istifadəyə verilib. Xiaomi 13T-də sistem yenilənməsinin həcmi 5.3 GB, Xiaomi 13T Pro-da 5.8 GB təşkil edir. Sözügedən smartfonlar üçün HyperOS tədricən Avropadakı istifadəçilər üçün təqdim edilir. Lakin yaxın zamanda sistem yenilənməsi bu smartfonların bütün istifadəçiləri üçün aktiv olacaq.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
