
Xiaomi HyperOS 2.0-ı ilk əldə edəcək smartfon seriyasının adı məlum olub
Proqram Təminatı
11.07.2024
Emil
Xiaomi şirkəti öz istifadəçi interfeysi olan HyperOS-in ikinci versiyasını smartfonlarında istifadəyə verməyə hazırlaşır. Ortaya çıxmış yeni məlumata əsasən HyperOS 2.0-ı əldə edəcək ilk smartfon seriyası Xiaomi 14 olacaq. Ortaya çıxmış screenshot fotoda Xiaomi 14-ün sahib olduğu istifadəçi interfeysi qismində HyperOS 2.0.240703 qeyd edilib. Bu isə HyperOS 2.0-ın yaxın zamanda istifadəyə veriləcəyindən xəbər verir. Məlumatda qeyd edilib ki, HyperOS 2.0-ın daxili testinə avqust ayında start veriləcək. Onun qlobal versiyasının isə bu ilin dekabr ayına və ya gələn ilin əvvəlinə planlaşdırılır. HyperOS 2.0-da hansı yeniliklərin olacağı hələ məlum deyil. Lakin son tendensiyaları nəzərə alsaq, heç istisna deyil ki, yeni istifadəçi interfeysi süni zəka funksiyalarını əldə etsin.

Paylaş
Ən çox oxunanlar

Honor 8000 mAh-dan daha böyük həcmli batareyaya sahib smartfon üzərində çalışır
