Xiaomi HyperOS 3 üçün miqyaslı redizayn hazırlayır
Proqram Təminatı
21.06.2025
Emil
Xiaomi şirkəti HyperOS interfeysinin qlobal yeniləməsini təqdim etməyə hazırlaşır. Yeni dizayn son illərdəki ən nəzərəçarpan dəyişikliklərdən biri olacağı və insayderlərin sözlərinə görə, Apple-ın yeni əməliyyat sistemlərində debüt edəcək Liquid Glass estetikası ilə ilhamlandığı bildirilir. Əsas yeniliklər arasında daha yumşaq və parlaq formalı yenilənmiş tətbiq ikonları, şəffaf elementlər və şüşəvari bulanıqlıq effekti (Glass UI) yer alır. Ana ekranda standart axtarış sətri ləğv olunacaq və onun yerini vidjetlər və ikonlar tutacaq. Sistem göstəriciləri yenilənib, animasiyalar isə xeyli daha axıcı və çevik olacaq - hətta orta seqmentli cihazlarda belə. HyperOS 3 Android 16 əsaslı olacaq, lakin bəzi modellər Android 15 versiyasında qalacaq. Yeniləmə 2025-ci ilin payızında Çində başlayacaq, Avropa və Latın Amerikasında isə ilin sonuna yaxın yayılmağa başlayacaq. İnterfeys yeniləməsi Xiaomi-nin təkcə rəqiblərə çatmağa yox, həm də müasirlik və istifadəçi rahatlığına yönəlmiş özünəməxsus üslub formalaşdırmaq istəyini vurğulayacaq.