
Xiaomi HyperOS-də sistem reklamlarının bir düymə ilə deaktiv edilməsi funksiyasını test edir
Proqram Təminatı
08.07.2024
Emil
Xiaomi şirkəti HyperOS-in yeni funksiyasını test etməyə başlayıb. Test edilən funksiya sistemdəki bütün reklamların deaktiv edilməsinə istiqamətlənib. Xiaomi smartfonlarında sistem səviyyəsində olan reklamları deaktiv etmək ayarlar bölməsində uzun yoldan keçməyi tələb edir. Belə ki, istifadəçi reklamları aradan qaldırmaq üçün bütün sistem üzrə yayılmış bir çox elementi deaktiv etməlidir. Bu isə sözügedən prosesi olduqca uzun və qəliz hala salır. Verilmiş yeni məlumata əsasən isə HyperOS-in test versiyasında xüsusi düymə ortaya çıxıb və həmin düyməyə bir dəfə klikləməklə sistem tətbiqlərindəki reklamları deaktivləşdirmək və ya aktivləşdirmək olar. Bu yeni funksiyanın stabil HyperOS-də nə zaman istifadəyə veriləcəyi bilinmir.

Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
