
Xiaomi HyperOS-in qlobal beta testinə start verib
Proqram Təminatı
02.02.2024
Emil
Xiaomi şirkəti elan edib ki, o, HyperOS-in qlobal beta testinə start verib. Şirkət bunu X-dəki (keçmiş Twitter) hesabında elan edib və bütün istifadəçilərini bu qlobal prosesdə iştiraka dəvət edib. Daha əvvəllər şirkət öz proqram təminatının beta testlərində iştirak etmək istəyənlər üçün xüsusi tələblər irəli sürürdü. Lakin bu dəfə heç bir xüsusi tələb yoxdur. Məlumatda qeyd edilib ki, HyperOS-in qlobal beta testində iştirak etmək üçün Xiaomi Community-də giriş edərək Me qovluğunu açmaq və Beta Testing bölməsini seçmək lazımdır. HyperOS-in beta versiyasına keçid etmək istəyənlər üçün bəzi xəbərdarlıqlar təqdim edilib. Onlar aşağıdakılardır.

- Beta versiya mərhələli şəkildə müxtəlif ölkələrdə müxtəlif cihazlarda istifadəyə verilir
- Beta versiyaya keçməzdən öncə cihazdakı məlumatların ehtiyat kopyası yaradılmalıdır
- MIUI-dən HyperOS-ə keçid üçün bootloader bloklanmış vəziyyətdə olmalıdır
- HyperOS-in stabil versiyasının beta test iştirakçıları Xiaomi-nin qlobal saytı vasitəsilə yığılacaq.
Bununla yanaşı Xiaomi HyperOS-in beta versiyasında aşkar ediləcək səhvlər barəsində məlumatların Services & feedback tətbiqində qeyd edilməsini istifadəçilərdən xahiş edib.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
